Müğənni Roza Zərgərli "SözBaz" verilişinin qonağı olub.
Musavat.com xəbər verir ki, sənətçi bədən quruluşunu plastik əməliyyatla düzəltdirdiyini iddia edənlərə cavab verib. O, Əməkdar artist Elza Seyidcahanla yaşadığı qalmaqaldan da danışıb:
"Elza ilə düşmən deyiləm. O məni yandıran insan da deyil. Elza yaşca məndən böyük olan, gündəmdə qalıb 3-5 manat qazanmaq istəyən adamdır. Elza bəstəkar kimi mənim gözümdə yüksək təbəqədə ola bilər. İfaçı, xanım, sənət yoldaşım, rəfiqəm kimi isə yox. Çünki mən ona qarşı heç vaxt pis olmadım. Hörmətsizlik etmədim. Mən ona "Elza" deyə belə müraciət etmədim. O isə dedi ki, "fiquranla məşğul ol". Mənim bədən quruluşumun harasınınsa əməliyyatla başa gəldiyini tibbi dəlillərlə sübut edən şəxs qarşıma çıxsın, ona 10 min manat verəcəm".
Könül
Musavat.com






