Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə 2011-ci ildən bəri Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş Bədii Qiraət Müsabiqəsi keçirilir. Hazırda sayca 9-cu Sabir Qiraət Müsabiqəsinin seçim mərhələsidir. IX Bədii Qiraət Müsabiqəsinə 22 aprel 2019-cu ildə start verilib. Müsabiqədə Şamaxın rayonun təhsil müəssisələrinin şagird və tələbələri iştirak edirlər.
Müsabiqənin təşkilatçıları tərəfindən 2011-2018-ci illərdə keçirilən Sabiq müsabiqələrini əks etdirən video-materal hazırlanıb. Musavat.com həmin video-çarxı təqdim edir.






