İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşən Orucov: “Fəlakət”dən mafiya başçısına keçid etmişəm”

3740 19.12.2017 17:30 Şou-biznes A A

Aktyor Elşən Orucov rol aldığı “Tayson” filmindən danışıb.  

Musavat.com saytına açıqlama verən aktyor bildirib ki, ekran işi dekabrın 27-si nümayiş olunacaq: ”Qala gecəsinə hazırlaşırıq. Maraqlı ekran işi ərsəyə gətirmişik. Mafiya başçısını oynayıram. “Fəlakət” obrazından sonra mafiya başçısına keçid etmişəm. Məncə, alındı, rolumun öhdəsindən gəldim. Daha dəqiq fikirləri isə filmi izləyən tamaşaçılar deyəcək”.

Elşən Orucov 2017-ci il işıq üzü görən yerli  filmlərindən də danışıb: “Düşünürəm ki, hələ “partladan” film olmayıb. Qarşıda 5 film təqdim olunmalıdır. Düşünürəm ki, onlar arasında daha çox sevilən olacaq.  Kinoteatrlarda olan göstəricilər film istehsalçılarına təqdim olunur. Baxış sayından bilmək olur  ki, hansı film sevilib, bəyənilib, hansı yox”.

Aktyor ailə qurmasından da bəhs edib: “Şəxsi həyatımla bağlı çox danışmağı sevmirəm. Hamı bilir ki, nişanlıyam. Gələn il toy olacaq. Hələ ki, hazırlıqlar gedir”.

Könül,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR