İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Əhmədov: "Avropa Liqasına getmək istəyirik"

385 20.08.2019 00:10 İdman A A

"Çempionatın ilk matçı idi. Həqiqətən çətin oldu. Futbolçularda həyəcan var idi. Rəqibin "Neftçi" olması buna təsir etdi. Hər iki kollektiv qələbə qazana bilərdi. Bu hesabı ədalətli nəticə hesab etmək olar"

"Report" xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın ilk turunda "Neftçi" ilə heç-heçə etdikləri (1:1) matçdan sonra mətbuat konfransında deyib.

49 yaşı mütəxəssis futbolçusu Cavid İmamverdiyevin hazırlığının yerində olduğunu bildirib:

"Cavid topu saxlaya bilən oyuçudur. Ola bilsin ki, onda da həyəcan olsun. İnanıram ki, bu heyətlə qarşıya qoyulan hədəfə çata bilərik. Ya çempionat vasitəsi ilə, ya da ölkə kubokunu qazanaraq Avropa Liqasına getmək istəyirik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR