ELŞAD ABDULLAYEVİN SƏHVİ
Videolar meydana çıxan gündən iqtidar ayıbına kor olmaq əvəzinə Elşad Abdullayevin üstünə yeriməyə başladı, onun özünün əliəyri, dələduz, fırıldaqçı olması haqqında danışmağa başladı. Müxalifət isə Elşad Abdullayevin keçmişini unudub, onun indiki fəaliyyətinə müsbət yanaşdı və dəstəklədi. Bu, çox normal və təbiidir. Çünki Elşad Abdullayevin yaydığı videolar hakimiyyətin daha da kəskin və bariz ifşasına olunmasına, bununla da ölkədə gedən demokratik cəmiyyət uğrunda mübarizəyə güclü stimul qazanılmasına səbəb olur.
Elşad Abdullayevin keçmişi cəmiyyətə məlumdur və hətta iqtidarın da onun barəsində dediklərində xeyli həqiqət var. Ortaya bir sual çıxır: özünü həqiqət carçısı hesab edən, həqiqətin uğrunda mübarizə apardığını bəyan edən müxalifət də Elşad Abdullayevin keçmişi ilə bağlı tənqidlərə qoşulmalıdırmı? Suala birbaşa cavab verməzdən əvvəl bir misal çəkim. Tutaq ki, Qarabağ döyüşlərində ad çıxarmış, bizim çoxlu sayda canlı qüvvəmizi məhv etmiş bir erməni komandiri hər hansı səbəbdən, lap tutaq ki, adi bir məişət problemi üzündən özününkülərə qarşı çıxır. Tabeliyində olan hərbi hissəni götürüb erməniləri bir tərəfdən qırmağa başlayır. Özü də aydınca görünür ki, onun kifayət qədər gücü var düşmən ordusuna ciddi problemlər yaşadacaq. Belə olan halda biz nə etməliyik? Asi çıxmış həmin erməni sərkərdəsinə qarşı döyüşməliyik, yoxsa, imkan daxilində ona yardımlar etməliyik? “O, əvvəllər bizə qarşı vuruşub və xeyli canlı qüvvəmizi məhv edib” deyərək ona qarşı çıxmaq çox məntiqsiz görünməzmi? Ən azından “düşmənimin düşməni mənim dostumdur” məntiqi işə düşməlidir axı. Bax, Elşad Abdulayyev məsələsində də eləcə. Onun o keçmişini təftiş etmək və ya indi yaydığı videoları hansı məqsədlə yaymasını araşdırmağın yeri yoxdur. Bu adam ortaya konkret cinayətlər haqqında təkzibedilməz materiallar qoyur. Onun əvvəllər saxta diplom satması bu faktların da saxta olduğunu göstərir, yoxsa, onların mötəbərliyini azaldır?
Bir şeyi də qəbul etmək lazımdır ki, Elşad Abdullayevin yaydığı video materiallar hakimiyyəti silkələsə, sarsıtsa da, cəmiyyətdə gözlənilən qədər reaksiya doğurmadı. Bu videolar bütün xalqın müzakirəsinə və oradakı faktlara görə hakimiyyətə qarşı adekvat qəzəbə səbəb olmadı. Burada bir çox başqa amillərlə yanaşı həm də Elşad Abdullayevin özünün səhvləri var. O səhvlərdən birini düzəltmək mümkün deyil. Bu, onun keçmişdə buraxdığı səhvlərdir. Bu yöndə təkcə onun ABU-nun rektoru kimi fəaliyyətini xatırlatmaq kifayətdir. Necə deyərlər, hər şey xalqın gözü qarşısında baş verib. O, ikinci səhvini isə düzəldə bilər. Əgər bunu etsə ifşaları daha təsirli olar və cəmiyyət də onu daha qətiyyətlə dəstəkləyə bilər. Fikir verin, Elşad Abdullayev özünü təqdim edəndə və ya onunla bağlı ittihamlara cavab verəndə, özünü mələk kimi təqdim edir. Yəni keçmişim də, indim də tərtəmizdir. Bu, həm üslub kimi, həm də fakt kimi doğru deyil. Ən yaxşısı o olardı ki, Elşad müəllim keçmiş fəaliyyəti dövründə qüsurlarının olmasını etiraf edəydi, buna görə üzr istəyəydi və iddialarını da ortaya qoyaydı. Bax, belədə hər şey daha effektli, daha səmimi olacaqdı. Hələ gec deyil, bunu etmək olar. O, bunu edəcəksə, cəmiyyətdən və həm də müxalifətdən daha qəti və tərəddüdsüz dəstək qazanacaq.
O, artıq anons edib ki, növbəti videolar olacaq və yəqin ki, olacaq. İndi hamı aşıqlar demişkən, “aldı Elşad müəllim, görək dübarə nə dedi” marağı ilə gözünü Strasburq tərəfə zilləyib. Çünki onun blef eləmədiyini hamı, xüsusən də iqtidardakılar yaxşı bilirlər.