İnsanlara hürriyət, millətlərə istiqlal!

ELŞAD ABDULLAYEVDƏN DAHA BİR İFŞAEDİCİ MƏKTUB

12658 04.01.2013 10:03 Son xəbər A A

E.Abdullayev yazır ki, buna görə də o, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşmək üçün onun qardaşı, “Qurd qapısı” restoranın müdiri Mayis Mehdiyevə zəng edib, o, rektoru “Qurd qapısı” restoranına dəvət edib və onlar görüşüblər.
Sabiq rektor yazır ki, o, yaranmış vəziyyətlə əlaqədar Mayis Mehdiyevə iş otağında hər şeyi danışıb, Ramiz Mehdiyevlə görüşmək istədiyini deyib. Mayis Mehdiyev ondan dediklərini sübut edə bilib-bilməyəcəyini soruşanda Abdullayev “Gülərqeyt” video görüntülərinin bir surətini Mayis Mehdiyevə verib. Mayis Mehdiyev video-görüntülərə baxdıqdan sonra orada S.Babayevanın dilindən səslənən bəzi intim səciyyəli söhbətə görə əsəbiləşib və ABU rektoruna kömək etməyə söz verib.
E.Abdullayevin iddiasına görə, o, M.Mehdiyevlə söhbət edən zaman Ramiz Mehdiyev öz qardaşının mobil telefonuna zəng edərək deyib ki, o yanındakı E.Abdullayevə Gülər Əhmədovadan əl çəkməli olduğunu, reketlik etməməsini desin. 
E. Abdullayev iddia edir ki, Mayis Mehdiyev isə öz qardaşına bildirib ki, o, “Gülərqeytin” bütün video görüntülərinə baxıb, Elşad Abdullayev reketlik etmir və onun işi düzəldilmədiyi üçün pulunu geri qaytarmaq lazımdır.
E.Abdullayev yazır ki, bu söhbətdən 2-3 həftə sonra Baş Prokurorluqdan Nazir Quliyev və digərləri gəlib ABU-da, qeyri-dövlət təhsil müəssisəsində korrupsiyaya qarşı mübarizə adı altında yoxlama apardılar.
Daha sonra E.Abdullayv yazır: "Mayis Mehdiyevlə söhbətimizin nəticəsi olaraq, səhəri günü Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev mənə zəng edib bildirdi ki, axşam saat 6-da 9-cu mikrorayonda, “Lalə” restoranın həyətində onun köməkçisindən pullarımı geri götürə bilərəm. Mən Ali Qocayevin səsindən şübhələndim və özümlə hazırlıqlı bir idmançı da götürdüm. Alı Qocayevin dediyi yerə həmişə onun qəbul otağında oturan qalstuklu köməkçisi əlində mənim verdiyim pul çemodanı və beş nəfər idman paltarında saqqallı idmançı gəlmişdi. Alı Qocayevin köməkçisi mənə pul çemodanını verib, tez qaçıb İcra Hakimiyyətinin maşınında oturdu. Bu zaman saqqallı idmançılar mənə hücum etdilər və yenidən pul çemodanını məndən geri almaq istədilər. Mən özümü qorumaq məcburiyyətində qaldım, mənim hazırlıqlı idmançım işə qarışanda saqqallı idmançılar qaçmalı oldular. Biz isə maşına gəlib çemodanı açdıq. Alı Qocayev çemodana pul yerinə kağız parçaları qoymuşdu. Biz başa düşdük ki, saqqallı idmançılar çemodanı alıb qaçdıqdan sonra, Alı Qocayev “Nə edə bilərəm, mən sizin pulunuzu verdim, siz saxlaya bilmədiniz, oğurlatdınız” deyəcəkdi".
Sabiq rektor qeyd edir ki, bu özbaşınalıqdan əsəbiləşərək hadisə yerindən birbaşa Ramiz Mehdiyevin qardaşı Mayis Mehdiyevin “Qurd qapısı” restoranına gediblər və o, kağız parçaları qoyulmuş pul çemodanını Mayis Mehdiyevə göstərib, tələb edib ki, bu oyunbazlığa son qoyulmasa, mətbuat konfransı keçirib bütün dünyaya məlumat verəcək.
E.Abdullayev yazır: "Bundan bir gün sonra Mayis Mehdiyev bir daha Novxanıdakı bağ evində Ramiz Mehdiyevin arvadı Qalina Yuryevnaya olduqca sərt qaydada şikayət etdi. Bundan sonra, həmin vaxt günün birinci yarısı Təhsil Nazirliyinin idarə müdiri İlham Pirməmmədov məni təcili yanına dəvət edib bildirdi ki, başa düşmürəm nədir, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev mənim yerlim, qohumumdur, Sizə bir çemodan pul göndərib, say, götür, sizə çatacaq. Mən İlham Pirməmmədovun iş otağında pulları sayaraq təhvil aldım. 500 min dollardan 1500 dollar əskik gəldiyini İlham Pirməmmədova bildirib, pulun yarısını geri aldım".
Daha sonra E.Abdullayev Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun KİV-lərə açıqlamasında anasının ölümündə Gülər Əhmədovanın günahkar olması haqqında təkzibolunmaz sübutlarla bəyanat verməsini xatırladaraq qeyd edir ki, belə zəhərləyici maddələr yalnız xüsusi xidmət orqanlarında ola bilər.
Sabiq rektor "Gülər Əhmədova hələ də oyanmayıb", deyə bu gedişlə onun rəhmətlik Sevincin aqibətini yaşayacağına eyham edir və yazır: "Unutmasın ki, o, artıq yeganə, həlledici şahiddir. Onu aradan götürməklə hər şeyə nöqtə qoyula bilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR