İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmar Məmmədyarov səfir Beybit İsabayevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib - Foto

623 30.07.2019 22:45 Siyasət A A

Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Beybit İsabayevi Qazaxıstan Respublikası Prezidentinin Qazaxıstan Respublikası Parlamentindəki Nümayəndiliyinin rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı geri çağrılması və ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

XİN-dən Musavat.com-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov səfir Beybit İsabayevi yeni təyinatı münasibətilə təbrik edirərək, gələcək fəaliyyətində ona uğurlar arzuladı. İki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirən Nazir Elmar Məmmədyarov, bu əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə etdi.

Səfir Beybit İsabayev, öz növbəsində səmimi təbrikə və diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi köklərə əsaslandığını qeyd edən səfir Beybit İsabayev, yüksək səviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyini vurğuladı. Bu əsnada səfir Beybit İsabayev Qazaxıstan Respublikasının Prezidentinin 2017-ci ildə Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətini diqqətə çatdırdı.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın inkişafından, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat və tranzit sahələrində əlaqələrinin inkişafından məmnunluq ifadə olundu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR