İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmar Məmmədyarov Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal ilə görüşüb - Foto

685 27.09.2018 01:50 Ölkə A A

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində görüşüb.

 

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən musavat.com-a verilən məlumata görə, tərəflər iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi vurğu etməklə ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi apardı.

 

Görüş zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair 2019-2020-ci illər üzrə Birgə Fəaliyyət Planı imzalandı.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR