İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlizadə Aysel Alim qızının müşahidəçiləri təlim keçdilər

1606 24.10.2015 23:14 Siyasət A A

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Əlizadə Aysel Alim qızının müşahidəçiləri üçün təlim keçirilib. Xanım namizədin seçki qərargahında baş tutan təlimə seçkilər üzrə mütəxəssis Namaz Kərimov  spikerlik edib. Təlimdə iki qrupdan ibarət müşahidəçi heyəti iştirak edib.  

Müşahidəçilərin qanunvericiliyə uyğun səlahiyyətləri barədə informasiya verən təlimçi onlara qarşılaşa biləcəkləri problemli situasiyalarda necə davranmalı olduqlarını izah edib. 
Təlimçi sonra müşahidəçilərin suallarını cavablandırıb.

Aysel Əlizadənin seçki qərargahında məşvərətçi səs hüquqlu müşahidəçilər, vəkillər və Dairə Seçki Komissiyası tərəfindən qeydə alınan müşahidəçilər üçün təlimlər seçki gününə qədər davam edəcək. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR