İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli: “Əks təqdirdə hətta 1 milyardlıq dəstək verilsə də, onları ayağa qaldırmaq mümkün olmayacaq”

1061 05.08.2020 12:28 Son xəbər A A

Deputat Əli Məsimli Milli Məclisdəki büdcə müzakirələrində çıxış edərkən sahibkarlara dövlət dəstəyinin verilməsini təklif etdi.

Deputat bildirdi ki, iqtisadiyyat əsasən, özəl sektorun üzərində qurulub, amma real durumda bu sahə də kifayət qədər ziyan çəkib. Əksər sahibkarlıq subyektləri ya çöküb, ya da ciddi ziyana düşüb. Qısa müddətdən sonra sahibkarlara dəstək verilməsə, əks təqdirdə hətta 1 milyardlıq dəstək verilsə də, onları ayağa qaldırmaq mümkün olmayacaq. Bu isə son nəticədə dövlət büdcəsinin gəlirlərinin azaldılmasına gətirib çıxaracaq. Xeyli sahibkar işçilərinə 3 aydır maaş verə bilmir. Amma çoxsaylı insanlar işsizlər ordusuna qoşulub”.

Ə.Məsimli 190 manatlıq yardımın verilməsini də zəruri saydı. Təklif etdi ki, dəstək proqramları davam etdirilməklə yanaşı, başladılan islahatlar da davam etdirilməlidir.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR