İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimliyə xarici pasport verilə bilər

2278 19.03.2019 10:00 Ölkə A A

Novella Cəfəroğlu: “Niyə də Əli Kərimlinin xarici pasportu problemi həll olunmasın?”; Natiq Miri: “Əli Kərimli xaricə getsə, guya nə olacaq ki...”

AXCP sədri Əli Kərimli 2006-cı ildən xarici pasport ala bilmir. Bu imtina Ə.Kərimli barəsində 1994-cü ilin sentyabrında açılmış cinayət işinin ləğv olunmaması ilə əsaslandırılır.

“Yeni Müsavat” xəbər verir ki, AXCP sədri bu günlərdə jurnalist Sevinc Osmanqızına verdiyi videomüsahibəsində 13 ildir xarici pasport ala bilməməsindən danışıb.

Zaman-zaman onun xarici pasport almaq şansları yaranıb, lakin hakimiyyətə qarşı barışmaz mövqedə dayanması, bəzi hallarda qırmızı xətləri gözləməməsi bu fürsəti dəyərləndirmək imkanından onu məhrum edib.

Məsələn, 2016-cı ildə aprel döyüşlərində AXCP sədri Azərbaycan prezidentinə və müdafiə nazirinə dəstək çıxışı ilə yadda qalmışdı, amma çox çəkmədi ki, sərt tənqid ampluasına qayıtdı, hakimiyyətin ona münasibətini dəyişməyə əl yeri qoymadı.

Ən böyük əfv fərmanı kimi qiymətləndirilən prezidentin sonuncu addımına da Ə.Kərimli ilk dəqiqələrdə pozitiv aspektdən reaksiya versə də, sonra 52 siyasi məhbusun azad olunması qərarını yerə “vurmağa” başladı. Bu, AXCP sədrinin xarici pasport almaq, partiya qərargahına sahiblənmək kimi imkanlarını məhdudlaşdırır.

Halbuki  ölkədə gedən sosial dəyişikliklərin ardınca siyasi müstəvidə əfv fərmanı ilə başladılmış islahatların davamı olaraq Ə.Kərimliyə xarici pasport verilməsi də istisna deyil. Yetər ki, bunun üçün hakimiyyətin atdığı müsbət addımları da “baltalamayasan”, xoş görülü olasan.

Картинки по запросу Novella Cəfəroğlu

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında Ə.Kərimlinin xarici pasport probleminin həll olunmasını istisna etmir. Onun sözlərinə görə, AXCP sədrinin iki müavini azadlığa buraxılıb və bunun davamı gələ bilər: “Həm Fuad Qəhrəmanlının, həm Gözəl Bayramlının əfv edilməsi böyük hadisədir. Niyə də Əli Kərimlinin xarici pasportu problemi həll olunmasın?

Ümumiyyətlə, islahatlar olacaq, hələ çox şey dəyişəcək. Böyük əfv ilk dəfədir və tənqidlər də olacaq, qoy olsun, hamı ailəsinin yanındadır".

Картинки по запросу Natiq Miri

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, islahatların səmərəliliyi üçün proses davamlı və sistematik olmalıdır: “İstər iqtisadi, istər siyasi yöndə atılan addımlar sistematik xarakter daşımasa, biz tutarlı və ciddi nəticələr əldə edə bilməyəcəyik. Spontan olaraq, zaman-zaman atılan addımlarla sistematik dəyişiklik mümkün deyil. Ona görə də Əli Kərimlinin pasport problemi nəinki həllini tapa bilər, tapmalıdır. Ona pasportun verilməməsi anlamlı deyil. Axı ona pasportunu qaytarmamaq hakimiyyətə nə qazandırır? Əli Kərimli xaricə getsə guya nə olacaq ki? Bu, mahiyyət etibarı ilə heç nə dəyişməyəcək”.

N.Mirinin fikrincə, Əli Kərimli ölkəyə fundamental dəyişikliklər gətirə biləcək lider deyil: “O, bu xüsusiyyəti çoxdan itirib. Əli Kərimlinin edəcəyi bir iş yoxdur. O, yalnız iqtidar içindəki bir şəbəkədən və xaricdən müəyyən qrant almaqla fəaliyyətdir. Bu nöqteyi-nəzərdən siyasi azadlıqlar təmin olunmalıdır, iqtisadi-siyasi islahatlar kompleks tədbirlər kimi həyata keçirilməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR