İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli sərbəst buraxıldı və dərhal efirə çıxdı - FOTO

14172 19.10.2019 23:22 Son xəbər A A

Bu gün AXCP sədri Əli Kərimlinin saxlanılması haqqında məlumat vermişdik. 

Musavat.com xəbər verir ki, Bakıda 28 may metrostansiyası ətrafında Milli Şura tərəfindən təşkil olunan qanunsuz aksiya zamanı Əli Kərimli ilə yanaşı saxlanılan şəxslər də olub.

Hazırda AXCP sədrinin sərbəst buraxıldığı bildirilir. Bu barədə ilk dəfə sosial şəbəkələrdə məlumat yayılıb. daha sonra isə Əli Kərimli dərhal, evinə çatar-çatmaz, Sevinc Osmanqızının internet televiziyasında canlı yayına qatılıb. O iddia edib ki, saxlanan zaman zorakılığa məcbur qalıb. Özünün necə döyülməsi ilə bağlı Osmanqızına təfərrüatlı məlumat verən Əli Kərimlinin başında sarğı, boynunda qızartı olub. (Saxlanma və zorakılıq hekayəsi zamanı Kərimli və Osmanqızı efirdə qarşılıqlı olaraq, kövrəlib-ağlaşıblar.)

Əli Kərimli deyib ki, onu sərbəst buraxmamışdan öncə, DİN Mərkəzi Hospitalında tam müayinədən keçirdiblər. 

Musavat.com

 

Əli Kərimli saxlanarkən

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR