İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli düşmən səngərində...

5815 09.04.2016 08:15 Ölkə A A
Cəmi 27 yaşlı dövlət katibinin meydandan qalma şakəri ilə Əbülfəz Elçibəyə yol göstərməsi guya sovetlərin qəbrini qazmış qüvvələrin  iflasının baslıca səbəbi olsa da, Əli Kərimli heç vaxt Xalq Cəbhəsi hakimiyyətinin süqutunda məsuliyyət daşıdığını boynuna almadi. Bunlara görə etiraf mədəniyyəti yalnız politoloji dərsliklərin predmetidir və  xalq hərəkatına komsomolçu nişanı ilə daxil olan adamların saray intriqalarından salamat çıxmaqdan başqa məqsədi ola bilməzdi.

Bütün mənəvi prinsipləri tapdalayaraq ələ keçrdiyi partiya rəhbəri kürsüsünü də tutanda Azərbaycan dövlətinin varlığına olan təhlükələrnin,yaxud bir milyona qədər köçkünün paytaxt küçələrində özünə son sığınacaq yeri axtarması da saxta “Cəbhə lideri”nin qəlbini və ruhunu tərpətmirdi,əksinə soyuq siyasi hesablamaları üçün gərəkliydi.Mərd adamlar tarixdə özlərinə uyğun nümunələr axtarır,namərdlər də əksinə Böyük Yuqoslaviyanın dağıdılmasını yəqin xatırlayırsız. Miloşeviç NATO borbardmanları qarşısında tab gətirə bilmədi. Ancaq şərəfli tarixinə son qoyulan serb xalqının önündə gedən mübarizlər bir an belə tərəddüd etmədən,gələcək mühakiməılərdən qorxmadan döyüşə atılırlar və əskər olmaqdan şərəf duyurlar. Əli Kərimli isə titullu salonlarda  bəlağətli nitqi ilə hayqırarkən Vətən üçün əli silahlı döyüşçü kimi ölməkdən qorxduğunu hər zaman sübuta yetirib.Haaqa tribunalına çəkilən serb lideri Voislav Şeşelin azərbaycanlı müxalif həmkarını siz heç vaxt tapmayacaqsız. Bu yaxınlarda beynəlxalq mühakimədən bəraətlə çıxan Şeşel edam cəzası qarşısında qətiyyən çəkinmədən milləti üçün vuruşmaqdan peşman olduğunu bircə dəfə olsun dilə gətirmədi,hakimlərdə əfv diləmədi.

Əsil xalq məhəbbəti ilə əhatə olunmuş böyük şəxsiyyətlər müharibəni partiya quruculuğunun platformasına çevirmədən aparır, fövqəladə anlarda sıravi insan kimi hərəkət etməyi bacarırlar. Lakin Əli Kərimli üçün demokratiya paytaxtlarına gedib millət davası aparmq səngərdə kamufulyajlı şəkil çəkdirməkdən daha əhəmiyyətli məsələdir. Çünki ikinci məkanda təhlükə və ölüm yoxdur axı.Burada yalnız kökəlmiş,yekəlmiş, ütülü və  ayağına braslet bağlanmış liderlərin şübhəli beynəlxalq mərkəzlər hesabına yaradılmış saxta obrazları var.

Onlar səfirliklərdə bəsləndiyindən adlarını "demokratiya desantları" da qoymaq olar və belələri legioner döyüşçü kimi Ukraynadan tutmuş istənilən ölkə üçün “məxməri çevrilişlər”in xidmətçisi olurlar,amma heç vaxt  öz ölkələrinə qulluq etmirlər.

İndi sual olunur-Azərbaycan 1993-cü ildə Qarabağda təslim olanda hərbi səhra komandirlərinin suçu böyük idi,yoxsa onların cəsədi üzərində kreslo davası aparanların? Sualı bir az dəyişə də bilərik-yəni,hansı savaşın daha şiddətli getdiyini düşünürsüz-paytaxtdakı taxt-tac yüksəkliyi naminə aparılan boğuşmanı,yoxsa,indi qoşunlarımızın qanı hesabına  yenidən özümüzə qaytardığı Lələtəpə uğrunda?

Cavab hamımıza bəllidir-hər halda partiya xadimlərinin hamısı sağ-salamtdır və onların adına salınmış şərəfli xiyabanları hələ ki,görən olmayıb.

33 batalyonu yaradıb şəhidlərin siyahısını da partiyalar arasında bölməklə on minlərlə vətənpər gənci ət maşınından keçirənlər sonralar gedib yekə çələnglərlə onların üstündə siyasi moizələr oxuyacaqdılar, ancaq başdaşlarında əksi vurulan o böyük oğulların birinin də baxışından utanıb çəkinməzdilər. Ölkəni başdan-başa bürüyən xiyabanları bizə ərməğan etmək istyən adamlar indi durub hər şəhid üçün göz yaşı tökür və ordu rəhbərliyindən sorğu tələb edir. Ancaq yaddaşı silinməyən insanlar yaxşı xatırlayır ki,Əli Kərimlinin təcümeyi-halı Şuşadan gətirilən tabutlar üzərində hakimiyyəti zəbt edənlərin yanında durmağa,"Yurd" adlı virusu heç olmasa gürcülər kimi,məsələn, "Mxedrioni" hərbi-siyasi təşkilatına bənzər bir üslubda yaratmağa deyil,yalnız daxili  xəyanətlər üçün təsis etməyə başı qarışmışdı və o adamların idarətmeəyə gedən yolu insan qanlarından keçməli olmuşdu.

Lakin tarixdə belələri az olmayıb.

Götürək elə bolşevikləri.Çarizmi devirmək üçün 1898-ci ildən aparılan mübarizə uzun müddət bəhrəsini vermir.Üstəlik, imperator 2-ci Nikolay 20-ci əsrin əvvəllərindən başlayaraq, böyük iqtisadi yeniləşmə kursuna qərar verir. İri istehsal mərkəzləri və kommunikasiya şəbəkələrinin qurulması isə geriqalmış aqrar bir ölkənin misli görünməmiş inkişafına səbəb olur.Moksva Avropanın və 1904-cü ildə savaş cəbhəsi açdığı Asiyanın əsas ticarət partnyoruna çevrilir. Sonra  dövriyyəyə nəhəng dövlət adamı və  qorxmaz islahatçı Pyotr Stolıpin çıxır. Lakin məhz o zamanlar acgözlüklə taxt-taca can atan Vladimir Ulyanovun və tərəfdarlarının hesablamaları ayrı idi.Onlar birinci dünya müharibəsinin gətirdiyi milyonlarla itki və məhrumiyyətlər müqabilində nəhayət, Qış Sarayına doğru irəliləyəcəklərini qət edirlər. Başqa yol qalmayıb.Müharibədə uğrusuzluq və vətəndaş toqquşmasından başqa çarə yoxdur. Öz xalqının məğlubiyyəti üzərində iqtidara doğru irəliləmək, milyonların cəsədi üzərindən adlayıb çarın yerinə keçmək, düşmənin hər qələbəsindən sarsılanlarla birləşmək hər halda tarixdə kollabarasionizm adlanır.

Uzun illər hakimiyyəti qınamaq və bircə dəfə də olsun şəhid qapısı açmamaq,amma ağız dolusu Vətənin bütövlüyündən danışmaqdan yaxşı  müxalifətçilik nə ola bilər? Azərbaycanı xilas edən böyük Heydər Əliyevin o vaxtlar səhra komandirlərinin əlindən xilas etdiyi adamlar var-dövlət naminə hər cür separatizmə hazır idilər,lakin xəyanətləri üzə çıxan kimi oldular “barışmaz qüvvə”. Müxtəlif Qərb ölkələrinin təsir agentlərinə çevrilənlər bircə dəfə də olsun  Ağdamda, Füzilidə,yaxud güllə yağışı altında yaşayan Tərtər camaatının yanında görünməyiblər.Axı bunlar əyalət şəhərləridir və orada adi insanlar yaşayır. Halbuki,Heydər Əliyev Xalq Cəbhəsindən ona miras qalan çadır şəhərciklərinin hamısına enərək üzündən-gözündən dərd tökülən yüz minlərlə insanın ağrısına qatlaşırdı, çiy kərpicli evlərdən gələcək Azərbaycana ümidlənən vətəndaş yetirməyə hamını səfərbər edirdi. Dünyanın bütün humanitar  təşkilatlarını bura töküb məzlum və kimsəsiz xalqını aclıq və səfalətdən xilas edəndə Ulu Öndərin məqsədi prezidenlik kürsüsünü saxlamaq  deyildi, qəlbən bağlı olduğu millətinin qarşısında borcunu yerinə yetirmək onun başlıca qayəsini təşkil edirdi.

Bax onda əli kərimlilər qaçqın düşərgələrində deyil,titullu salonlarda inqilab dərsləri alır, satqınlığın anatomiyasını mənimsəyirdi. Axı Milli Demokratiya və Respublikaçilar İnstitunun müdavimi olmaq istənilən hərbi təlimlərə qatılmaqdan,yaxud ev-eşiyini itirmiş qardaşına əl tutmaqdan daha faydalıdır.

İndi Azərbaycanın keçmiş hakimiyyətlərinin və siyasətçilərin uduzduğu hər qarış torpağı uğrunda yeni Vətən savaşına girən təkcə ordu deyil, həm də hər bir azərbaycanlının olduğunu bütün dünya yaxşı görür.90-cı illərdən bu yana nəinki ölkəmizdə,eləcə də Osetiya və Abxaziya bölgələrində, həmçinin Moldovada, o cümlədən,Yuqoslaviyanın xarabazarlıqları üzərində qurulan dövlətlərin həyatında görünməyən bir hal baş verir. Hər halda ekspertlər bu yerdə Xorvatiya hadisəsinin tamam başqa fenomen olduğuna etiraz etməyəcəklər. SSRİ-nin çöküşündən sonra itirilmiş ərazilərdən heç birində yarım kvadrat santimetr torpağın qayıtdığını hələ görən olmayıb.

Azərbaycan ordusu  prezident İlham Əliyevin iradəsi, gücü və misilsisz ağlı ilə ötən illər ərzində şərəfli bir yol keçəndə düşmənin hansı hisslər keçirdiyini təxmin etmək o qədər də çətin deyildi. Ermənilərin bizə bəxş etdikləri faciə və soyqırımların ildönümlərini qeyd edərkən hər növbəti mərasimin sonuncu olmasını istəməyən bir kimsənin varlığını ağlımıza gətirməmişik. Sən demə belə deyilmiş.Balaca körpələrin və məktəbli qızların matəm libası geyib hüzn teatrlarına qatılması Yerevanda olduğu kimi, Bakıda da çoxlarının daxili halına və düşüncələrinə daha çox uyğun imiş.Sən demə bizim ordunun hərbi təlimləri həm də Əli Kərimliyə qarşı imiş.

Prezident səngərdə əskəri ilə eyni təhlükəni bölüşəndə, bir çoxları üçün tamamilə risq və qorxu savaşı kimi görünən böyük əməliyyata imza atanda, gecə saat 1-də bütün siyasi rəqiblərinin virtual savaşdan sonra əldən düşüb sakit hücrələrinə çəkildiyi zamanda Ali Baş Komandan öz generallarını bir yerə toplayaraq həlledici qərarlar verirdi.Onun zəkasından və hökmündən milyonların taleyi asılı idi.

Çox da uzaq olmayan ərəb dünyasındakı müharibələrin səngərini gətirib Qarabağa çıxaranlar üçün bunun nə demək olduğunu anlamayan az adam olar. Rusiyanın Ukrayna üzərində gedib Suriyada qazandığı hərbi qələbələrdən sonra hamıya elə gəlirdi ki,rəsmi Bakı odla oynayır və  90-cı illərin qorxulu ssenarilərini yenidən işə salmağa yaxılaşır.

Lakin Azərbaycan dövləri vahid bir LİDERİN  rəhbərliyi altında yüksək dayanıqlıq göstərirkən təkcə dinc dövrün deyil,ən ağır müharibə təlatümlərinin də içindən salamat çıxmağı bacardığını dünyaya nümayiş etdirir. Öz oğullarına idman meydanlarında qələbə öyrədən Rəhbər döyüşçülərin səngərdə də eyni rəşadəti göstərəcəyinə hamıdan daha çox inanırdı və İlham Əliyev Konrad Adenauer kimi hər addımda məğlubiyyəti millətinin canından çıxarmağa çalışırdı.

Yəqin bir çoxları üçün nəinki hansısa adlı yüksəklik,eləcə də bir qarış torpağa qayıdışının milli ruhda necə ucalıq yaratdığını dərk etməsi elə də çətin deyil. Qarabağ təzədən xalq ruhunun ayrılmaz hissəsinə çevrilir, qalib şəhidləri yetirən ordunun gücü vəsf olunur,məğlubeilməz ermənilər haqqındakı mif “dörd günlük müharibə”  ilə büsbütün dağılır. Belə bir vaxtda düşmən hər cür informasiya təxribatına əl ataraq aldığı zərbədən özünə gəlməyə çalışır. Əlikram Hümbətovu,yaxud Fəxrəddin Abbasov kimi satılmış və milli ləyaqətlərini itirmiş adamları deyil, müxalif partiya başçısını Azərbaycana qarşı döyüşə qaldırmağın səbəbi nədir sizcə?

Axı Əli Kərimli İlham Əliyevin Qarabağda qələbəsindən ermənilərdən daha çox  niyə narahat olsun ki?Yenə də hakimiyyətin uğurundan və qalibiyyətindən daha da möhkəmlənməsi xofu eləmi?

 Bəs hansı yaxşıdır,Laçının işğalı və Xocalının təslimi üzərindən gəməkmi?

Hər halda onun hökuməti suçlandıran və dövlətin imtahandan çıxmadığını iddia edən düşüncələri informasiya müharibəsində kimə yaradığını hamı yaxşı görür.

İndi bütün erməni kanallarında AXCP rəhbərinin virtual libasını Sarkisyandan daha çox görmək olur.Hər kəs saxta Artsax xəbərləirinə baş vurub, dediklərimizə əmin ola bilər.Hamının ordumuzun bir üzvünə çevrildiyi və Baş Komandanın əskəri kimi  özünü hiss etdiyi,hər yerin səngərə çevrildiyi bir vaxtda müxalifət başçısı İlham Əliyevin  ümumxalq sevgisinin altenativsiz ünvanına çevrilməsindən necə də qorxurmuş... Adama bir bayraq verin, gedib ermənilər tərəfdən Xankəndinə sancıb rahatlansın.

Görəsən, belələri düşmən səngərində ondan silah kimi istifadə edildiyini görməkdən zövqmü alır? Yəqin, erməni mükafatını almağa Əkrəm Əylislidən sonra bir xeyli namizədimiz olacaq.

Millətin şəhid tabutlarına çiyin verdiyini görüb onu dövlət binalarının qarşısına-etiraz aksiyalarına aparmadığından qeyzlənən adamların insanlığına hansı adı verərdiniz? Belələri bu ölkənin şəxsiyyət vəsiqəsini necə daşıyırlar? Hə, deyəcəksiz ki, heç daşımırlar da.

İlk günlər hər kəsin vahid bir yumruğa çevrildiyini görəndə çoxunun ağlına gəlməzdi ki, siyasi davaları səngərə və xalqın müqəddəs savaşlarına daşıyanlar da meydana çıxacaq. İlham Əliyevin müharibəsi düşmənlə cəbhədə necə uğur qazanıbsa, daxildəki mənəvi antipodları  da müəyyənləşdirməyə bir o qədər imkan verib. İndi siz baxın,kim hansı tərəfdə vuruşur. 
Lələtəpə yüksəkliyindən Xankəndinə böyük xalq yürüşü baş verərsə, təmsil etdiyi millətə bütün varlığı ilə bağlı olan İlham Əliyevin qürurla daşıdığı Azərbaycan Bayrağı Xankəndində dalğalanarsa, sevinən milyonlarla insanımızla yanaşı, kimlərin əbədi matəmə düşəcəyi artıq sirr deyil. Adamı bu yerdə müharibənin ilahi ədaləti təmin edən vasitə olduğunu deyənlərlə razılaşmaqdan başqa yolu qalmır. Lələtəpədən onlar elə yaxşı görünür ki. Əlbəttə, yüz illərdi millətimizə qarşı savaşanlar və insan qatilləri ilə bərabər belələrini də tanımaq işimizin faydasınadır.

Azərbaycanın bütövlüyünü təmin etməyə çalışan Rəhbərin xalqın vuruş cəbhəsində olduğunu dünyada görməyən qaldımı?

Əli Kərimlidən isə  nə xalqın, nə də ki, cəbhənin lideri heç vaxt olmayacaq. Çünki düşmən səngərində olanları yalnız məğlubiyyət gözləyir!

Zahid Oruc, 
Milli Məclisin deputatı  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR