İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimli “Azadlıq” qəzetinin əməkdaşlarına tapşırıq verib: “Səsvermə prosesini pozun…”  

4387 07.02.2024 10:05 Siyasət A A

 

 Azərbaycandakı Qərblə bağlı şəbəkənin seçki günü genişmiqyaslı gözdənsalma kampaniyasına hazırlaşdığı ilə bağlı daha öncə xəbər vermişdik.

Musavat.com-a daxil olan məlumata görə  AXCP sədri Əli Kərimli bu məsələ ilə bağlı  "Azadlıq" qəzetinin əməkdaşlarına tapşırıq verib.

Kərimlinin tapşırığına görə onlar seçki məntəqələrinə girib qarşıdurma yaratmalı, səs-küy salmalı, səsvermə prosesini pozmağa çalışmalıdırlar. Məqsəd qarşıdurma yaratmaq və neqativ görüntülər paylaşmaqdır.

Məlumata görə Əli Kərimli və onun dəstəsi ilk olaraq məntəqənin qarşsında qalmaqal yaratmağa cəhd etməyi planlayıblar. Məqsəd isə odur ki, onların bu hərəkətinə müdaxilə olunsun və desinlər ki, bizi içəri buraxmırlar. Bu plan baş tutmasa, onlar içəri daxil olub, məntəqənin daxilində prosesi pozmağa cəhd edəcəklər. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR