ƏLİ İNSANOV MÜLK QALMAQALINDAN QALİB ÇIXDI
Mia.az-ın xəbərinə görə, sabiq nazirin həbsdə olmasından sui-istifadə edən “SKS” Mənzil-Tikinti Kooperativi onun əmlakını qanunsuz yolla ələ keçirib: “Adıçəkilən şirkət buna görə maddi və mənəvi zərəri ödəmək niyyətində deyil. Onun üçün də şirkət dünyanın heç bir yerində görülməyən formada hərəkət edib. Vəziyyətlə bağlı Əli İnsanov vəkilləri vasitəsiylə Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb, vurulmuş maddi zərərin ödənilməsini tələb edib. Lakin hakim mülkiyyət toxunulmazlığı prinsiplərinə zidd qərar verərək, şirkətin xeyrinə qərar çıxarıb. Ancaq ötən həftə Bakı Apelyasiya Məhkəməsi gözlənilməz qərar verməklə, çoxlarını təəccübləndirib”.
Xəbərə görə, şikayət Apelyasiya Məhkəməsinin hakimi İlqar Xələfov tərəfindən təmin olunub: “Hakim İlqar Xələfov birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə bərabər, işi yenidən baxılmaq üçün Nəsimi Rayon Məhkəməsinə qaytarıb. Bu isə Əli İnsanovun həbsdə olduğu müddətdə iştirak etdiyi çoxsaylı məhkəmə proseslərində ilk qələbəsidir”.
Qeyd edək ki, sayt nə şirkətdən, nə də Əli İnsanovun yaxınlarından münasibət öyrənə bilməsə də, Bakı Apelyasiya Məhkəməsindən fakt təsdiqlənib.