Milli Məclisin növbədənkənar iclasında "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" qanun layihəsi başa çatıb.
Milli Məclisin sədr müavini Əli Hüseynli iclasda səslənən bəzi çıxışlara reaksiyasında bildirdi ki, deputat vəzifəli şəxsdir: “O, parlament daxili deyil, parlamentdən kənarda da davranışına görə məsuliyyət daşıyır”.
Ə.Hüseynli qeyd etdi ki, bu, hər bir deputatın məsuliyyətidir: “Bu hal ümumilikdə parlamentin fəaliyyətinə kölgə sala bilməz”.
Bu mənada Ə.Hüseynli bəzi deputatların emosional çıxışlarına fərqli reaksiya verərək bildirdi ki, fakta hüquqi qiymət verilməlidir.
Elşad Paşasoy, Musavat.com






