ƏLİ HƏSƏNOV BİZNESİNİ XARİCƏ KÖÇÜRÜR
Mənbə iddia edir ki, Fransanın biznes mühiti ilə yaxından tanış olan menecer ona Nant şəhərində Avropanın ən gözəl kral meydanı sayılan Hersoq Stanislasın abidəsi yaxınlığında yerləşən restoranları almağı məsləhət bilib. Menecer bu məkanın rentabelliyini onunla əsaslandırıb ki, ilboyu, xüsusilə də yay mövsümü ərəfəsində Nant şəhərinə turist axını çox güclü olur. Buna görə də şəhərdə restoran biznesi daha çox gəlir gətirilən sahə kimi dəyərləndirilir. İkinci bir amil isə Fransanın paytaxtı Parisə nisbətən Nantda restoran satışı və icarəsinin ucuz olmasıdır. Bu amilləri nəzərə alan menecer Ə.Həsənova Nant şəhərini məsləhət görüb və satışa çıxarılan restoranların siyahısı “Qaçqınkom” sədrinə təqdim olunub.
Bir müddət öncə mediada Əli Həsənovun Yunanıstanın Mayknos adasında bir neçə daşınmaz əmlaka sahib olması ilə bağlı mütəmadi məlumatlar dərc olunurdu. Bu məlumatların təhlili göstərir ki, baş nazirin müavini öz ölkəsində əmlakına toxunulmazlıq qarantiyası ala bilmədiyindən kapitalını xaricdə daşınmaz əmlaka yönəltmək istəyir və xeyli dərəcədə buna nail də olub. Təhlükəsizlik zolağı kimi seçdiyi məkanlar da baş nazirin maraqlarına cavab verir. Borc böhranı Yunanıstanı sarsıtdığından bu ölkədə daşınmaz əmlakın qiyməti xeyli ucuzlaşıb. Bunun müvəqqəti olduğunu yaxşı anlayan Ə.Həsənov bu ölkədə xeyli daşınmaz əmlak əldə edib.
Avropanı bürüyən borc böhranı Fransanın daşınmaz əmlak bazarına da xeyli təsir edib. Ona görə də konkret bir məkanı seçməyə risk etməyən baş nazirin müavini daşınmaz əmlakın nisbətən ucuz olduğu Fransada da restoranlar şəbəkəsinə sahib olmaq niyyətindədir. Bu onu göstərir ki, Azərbaycanda nəinki sıravi vətəndaşların, hətta yüksək rütbəli dövlət məmurlarının belə əmlaklarının toxunulmazlığına təminat yoxdur - hətta bu məmur hökumətin üzvü olsa belə.
Yada salaq ki, bir müddət öncə mediada Ə.Həsənovun Sumqayıtdakı obyektlərinin sökülmə təhlükəsi ilə üzləşməsi barədə məlumatlar gedirdi. Sumqayıtın yeni icra hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə kimə məxsus olmasından asılı olmadan, çoxsaylı obyektlərin sökülməsinə göstəriş vermişdi. Bu sırada Ə.Həsənova məxsus obyektlər də var idi. Sumqayıtda söküntü işləri indi də davam edir, təhlükə hələ sovuşmayıb və merlə baş nazirin müavini faktiki qarşıdurma vəziyyətindədirlər. Böyük ehtimalla açıq qarşıdurmadan çəkinən baş nazirin müavini təhlükəsizlik tədbiri kimi əmlakının bir hissəsini xaricə çıxartmağa üstünlük verir. Bu sadəcə, özünü qoruma instinktidir.