İnsanlara hürriyət, millətlərə istiqlal!

Elgiz dolların bahalaşmasından danışdı: “Xeyirimizədir” (VİDEO)

5898 21.12.2015 14:54 Şou-biznes A A


Teleaparıcı Elgiz Əkbər təqdim etdiyi “Günə baxan” verilişində dolların bahalaşmasından danışıb.
Musavat.com xəbər verir ki, aparıcı bildirib ki, manatın dəyərdən düşməsi insanların xeyirinədir:

“Ajotaj yaratmağa ehtiyac yoxdur. Qonşu ölkələrin təcrübəsindən də görürük ki, dolların məzənnəsinin oynaması iqtisadiyyatın inkişafına mənfi təsir göstərmir. Qiymətlər nizamlanır, Mərkəzi Bankın qəbul etdiyi qərar bizim xeyirimizədir. Qiymətlərin saxlanılması bizim büdcəmizdən milyardlarla dolların sərf olunmasına başa gəlirdi. Neftdən gələn gəlir büdcəmizi zənginləşdirirdi. Artıq bu baş vermir. Yığılan pul dolların taraz qalmasına sərf olunsaydı, gələcəkdə aqibətimiz nə olacaqdı? Belə bir qərar verilməli idi, bu gözlənilən idi. Neçə vaxtdır ki, mətbuatda bahalaşma haqda danışılıb. Biz buna hazır idik, bilirdik”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.

Könül İbrahim
Musavat.com 


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR