ƏLƏT LİMANINDAKI QƏLƏT
Kim deyə bilər, axı bu Ələt limanının bizim ölkə üçün nə böyük önəmi vardır? Rusiyada eşşək boyda Murmansk limanına 250 milyon dollar qiymət qoyublar, yapokratlar isə Xəzər kimi qapalı dənizdə beynəlxalq liman tikmək adıyla milyardı basıb yeyəcəklər.
Ələt limanına yekə-yekə “beynəlxalq” adı qoymaqla deyil ki. Azərbaycanın Xəzərdə qonşuları, yəni potensial yük daşımaları ünvanları hansılardır? İranla, Rusiya ilə qat-qat ucuz başa gələn, quru yolunu qoyub hansı səfeh yükləri gəmi ilə daşıyacaq? Bəlkə bunlar qədim “Həştərxandan gələn gəmi bənd olar, İçi dolu qənd olar” mahnısından təsirləniblər? Qaldı dənizin o biri üzü, Qazaxıstan və Türkmənistanla da elə böyük həcmdə nəqliyyat daşımaları yoxdur, perspektivdə də olmayacaq. Yapokratlar Ələtin imkanlarını elə şişirdiblər, görməyən elə sanar bura lap Sinqapur, Şanxay limanı kimi bir zaddır, gündə azı 150 gəmi qəbul edib yola salacaqlar.
Yadınıza gəlirmi, bir ara Bakıdan guya Lənkərana gəmi ilə sərnişin daşımaq avantürasını ortaya atdılar, hətta jurnalistləri-filanı yığıb bir reys üzdülər. Sonra avtobusdan qat-qat baha olan bu reysə heç kim minmədi, bağladılar getdi. İndi Ələt limanına 1 milyard sərf eləmək planı da onun kimidir. İqtisadiyyat haqda cüzi savadı olan adam da anlayır ki, orda liman bu cür baha qiymətə tikilə bilməz. Deməli 1 milyard 100 milyonun azı 1 milyardı korrupsiyanın yemi olacaq. Neft-qaz pullarının hələlik canı sağ olsun. “Qara qızıl balığını” sümürməkdə davam edin. Qurtaranda, “balığın” skeleti qalanda vəziyyətə baxarıq. Rus nağılında dənizin qırağında quru təknə ilə qalan qarının vəziyyəti kimi olacaq.
Deyirəm, fürsət ikən bu beynəlxalq limandan bir dənəsini də Mingəçevir su anbarında qayırmaq məsləhətdir. Kim-kimədir? Çaşıb soruşan olsa ki, Mingəçevirin dünya okeanına çıxışı hardandır, tutub 5-10 il iş vermək olar. Bizim hazırkı coğrafiya dərsliklərinə lazım gəlsə Mingəçevirin Sakit okeanla əlaqəsi haqda bölmə salmaq çətin deyil, onsuz dərsliklər təxminən bu məzmundadır.
Söz düşmüşkən, Azərbaycanın kosmosa peyk uçurtmaq layihəsində də işlər uğurla davam edirmiş. Təzəlikcə bu haqda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər. (Elə bu nazirliyin də adını eşidən əcnəbi elə zənn edər ki, biz hardasa Sinqapurda-filanda yaşayırıq, texnologiyada zırıltı işlər görürük). Özü də mən qabaq zənn edirdim bu peyk söhbəti bir zarafatdır, sən demə peykdən düz 2 dənə olacaqmış!
Nazirlik peykin bizim nəyimizə lazım olduğuna aid də məzəli açıqlamalar vermişdir. Məsələn, deyir peykdən neft ləkələrinin hərəkətinə baxacağıq. Guya neftin yiyəsi ölübmüş, ləkələr ora-bura axırmış. Yaxud, deyir peykdən meşə qırılmalarına nəzarət ediləcək. Sanki fövqəlnazirin mebel sexlərini görmək üçün peyk lazım imiş. Ən gülməlisi isə sərhədlərə nəzarət işində peykdən istifadənin böyük rol oynayacağı idi. Bir ölkədə ki, sərhədçilər “hörmət elə, istəsən nüvə silahı apar” məntiqiylə çalışır, orda sərhədə kosmosdan baxmaq debillik əlamətidir.
Yenə desələr peyki camaatın orda-burda toplaşıb mitinq eləməsinə, İsa Qəmbərin kabinetinə gələnlərə nəzarət üçün uçurduruq, ciddi qəbul olunardı. Çünki bunların işi-gücü belədir.
Ancaq bütün hallarda gələcək peykimizin adı olduqca dəqiq qoyulubdur: “Azərsat”. Burda “sat” - satellit (peyk) yox, Azərbaycanı satanlar mənasını verir.