İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektromobil istehsalçıları 1,5 trilyon dollar dəyər itkisinə məruz qalıb

1202 19.03.2024 01:58 Dünya A A

Dünyada elektromobillərin istehsalı ilə məşğul olan bütün şirkətlərin bazar kapitallaşması təxminən 1,5 trilyon dollar itirərək, hazırda təxminən 700 milyard dollar təşkil edir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “MarketWatch” açıqlayıb.

Sektorun ümumi kapitallaşmasının təxminən 75 faizi (521 milyard dollar) “Tesla”nın payına düşür. “Tesla” müntəzəm qazanc əldə edən bir neçə sənaye oyunçusundan biridir (BYD və Li Auto ilə birlikdə). Üç şirkətin bazar kapitallaşması birlikdə 1,4 trilyon dollar olan zirvədən təxminən 650 milyard dollara qədər düşüb.

Yeddi “ikinci dərəcəli” şirkət (XPeng, NIO, Polestar Automotive, Lotus Technology, Lucid, VinFast Auto və Rivian Automotive) itkilər qeydə alır, lakin onların hər birinin kapitallaşması 1 milyard dolları ötür və hamısı birlikdə indi 58 milyard dollar dəyərindədir. Pik vaxtı bu məbləğ 650 milyard dollara çatmışdı.

Nəhayət, üçüncü dərəcəli şirkətlərin (Fisker, Canoo, Lordstown Motors, Arrival və Faraday Future, həmçinin elektrik yük maşınları istehsalçıları Nikola və Hyliion) birlikdə kapitallaşması təxminən 1 milyard dollardır. Əvvəllər bu rəqəm 100 milyard dollara yaxın idi.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR