İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektrik enerjisinin kəsintisi səbəbindən metroda qatarların hərəkətində fasilə yaranıb

1147 11.05.2019 17:00 Ölkə A A

Metronun “Nizamı” və “20 Yanvar” stansiyaları arasındakı xətt üzrə hərəkət edən qatarların hərəkətində 2 dəqiqəlik fasilə yaranıb.

Bunu “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiq edib.

B.Məmmədovun sözlərinə görə, fasilə stansiyalara xaricdən daxil olan elektrik xətlərində gərginliyin olmaması səbəbindən baş verib:

“Bu xətlər stansiyaların yalnız işıqlanmasını təmin etdiyi üçün qatarların hərəkətinə təsir etməyib. Qısa zamanda alternativ mənbədən elektrik enerjisinin verilişi bərpa edilib və 3 dəqiqə ərzində mərhələli şəkildə stansiyaların işıqlandırılması da bərpa edilib. Hazırda əməkdaşlarımız problemin səbəbini araşdırmaqla məşğuldurlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR