İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldəniz Quliyev partiya sədrini “qədim peşə” sahibinə bənzətdi

2025 02.02.2014 09:38 Ölkə A A

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Gündəlik teleqraf” qəzetinə açıqlamasında El hərəkatının bostanına daş atıb. Əli Əliyev deyib ki, El Hərəkatı Eldar Namazovdan ibarətdir. VİP sədrinin El hərəkatının tanınmış üzvlərini görməməzlikdən gəlməsi onların qəzəbləndirib.

El hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Əli Əliyev siyasətçi olmadığı üçün siyasətdə nə baş verdiyini də görmür: “Bu adam həmişə qərəzli olub. Milli Şura yarananda, siyasi partiyaların fəaliyyətində bir aktivlik olanda Əli Əliyev kimi adamları buraxırlar qabağa. Mən oxuculardan çox-çox üzrə istəyərək Əli Əliyevə münasibəti ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın vaxtilə səsləndirdiyi fikri təkrarlamaqla bildirmək istəyirəm. Reyqan deyirdi ki, elə siyasətçilər var ikinci qədim peşə sahiblərinə çevriliblər. Bax, Əli Əliyev də Reyqanın dediyi kimi siyasətçilərdən biridir”.
E.Quliyev dedi ki, bu cür “siyasilər”dir ki, indiyə qədər demokratik düşərgəni tam şəkildə bir araya gətirməyə əngəl olurlar: “Bu cür ”siyasətçi"lərin hesabınadır ki, biz əsaslı nəticə əldə edə bilmirik. Hədəfə doğru getdikcə, bu cür adamlar hədəfə çatmağımıza mane olan maneə olublar. Bir vaxtlar onlar gəncləri vasitəsilə hücum təşkil ediblər, barəmdə təhqiramiz ifadələr işlədiblər. Yəni bunlar bu cür yaşamaq yolunu seçiblər. Buna yaşamaq demək mümkündürsə. Təbiətdə gül, çiçək olduğu kimi tikanlar, qanqallar da var. Bunlar da siyasətin tikanlı kolları, qanqallarıdır ki, hakimiyyət bir çox hallarda onlardan özü üçün gül dəstəsi düzəldib cəmiyyətin gözünə soxur".

E.SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR