İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldəniz Əzizli: "Etimadı tam doğrultmadığımı bilirəm"

687 15.09.2019 20:55 İdman A A

"Zirvəyə qalxmaq çətin, orada qalmaq ondan da çətindir".

APA-nın məlumatına görə, bunu Azərbaycan güləşçisi Eldəniz Əzizli deyib.

55 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 3-cü yeri tutub. Bir gün əvvəl yarımfinalda məğlub olmaqla, dünya çempionu titulunu təhvil verən pəhləvan bürünc medal uğrunda amerikalı Maks Emilyano Nouri ilə üz-üzə gəlib. Görüş E. Əzizlinin təmiz qələbəsi ilə yekunlaşıb. O, rəqibinə cəmi 39 saniyəyə qalib gəlib (8:0).

E. Əzizli Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib ki, mükafat qazansa da, ümidləri doğrultmayıb: "Bu gün yenə fəxri kürsüdə yer alacağam, Azərbaycan bayrağı dalğalanacaq. Buna görə sevinirəm. Ancaq etimadı tam doğrultmadığımı bilirəm"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR