İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldar Namazov televiziyada veriliş aparacaq

1154 28.09.2021 12:36 Media A A

İctimai TV-də yeniliklər olacaq

İctimai Televiziya yeni mövsümə verilişlərin məzmun keyfiyyətini artırmaqla yanaşı, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan texnoloji yeniliklərlə start verib. Bu gündən etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 verilişi virtual studiyadan yayımlanacaq.

Şirkətin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, İctimai TV-də yeni studiya dünyanın ən inkişaf etmiş telekanallarının yararlandığı son model texnologiyalar əsasında qurulub.

Məlumatda deyilir ki, verilişlərin dekorasiyaları “Unreal engine” proqramları vasitəsilə gerçəkləşir. Bu proqramlar verilişlərdə yeni zənginləşdirilmiş, virtual görüntülər, reallıqlar yaradır.

Yeni mövsümdə bu gündən başlayaraq, hər həftənin çərşənbə axşamları saat 12.25-də texnoloji yeniliklərdən bəhs edən “İTVTECH”, saat 22.30-da isə “Radius” hərbi-analitik verilişləri virtual studiyadan yayımlanacaq. Həftənin cümə günləri saat 12.25-də “Biznes Azərbaycan”, saat 18.25-də “Din və Cəmiyyət”, bazar günləri saat 21.00-da “İTV Xəbər-Yekun”, bazar ertəsi günləri isə 00.05-də “Bol İdman” verilişləri yeni virtual studiyadan efirə çıxacaq. Yayımda ən müasir standartların tətbiqi gələcəkdə digər verilişlərdə də təmin ediləcək.

Beləliklə, “Bizə sarı gəlin!” şüarı ilə İctimai Televiziya mövsümə həm məzmun, həm də formaca yeniliklərin tətbiqilə başlayıb. Məlumatda yeni mövsümdə İctimai TV və Radionun efirində bir çox yeni verilişlər, yeni müəllif proqramlarının da olacağı bildirilir.

Məsələn, qeyd edilir ki, tanınmış politoloq Eldar Namazovun “Aydınlıq” analitik ictimai-siyası müəllif proqramı ilə İctimai Televiziyanın efirində hər bazar tamaşaçıların görüşünə gəlməsi nəzərdə tutulur.

Etibar SEYİDAĞA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR