İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Sadıqov ev dustaqlığına buraxıldı

2073 17.09.2022 14:57 Son xəbər A A

Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb.

Musavat.com-un məlumatına görə, bu barədə qərar bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

xxx

Vəkil Elçin Sadıqovun həyat yoldaşı Zibeydə Sadıqova məlumatı yalanlayıb.

O, Musavat.com-a bildirib ki, 6-7 dəqiqə əvvəl vəkillərlə danışıb. Məhkəmə hələ başlamayıb: 

"Mən hazırda evdəyəm. Başa düşmürəm, niyə yanlış məlumatlar yayırlar?"

xxx

Vəkil Elçin Sadıqov ev həbsi qərarı verilərək azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Elçin Sadıqov barəsində Binəqədi Rrayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR