İnsanlara hürriyət, millətlərə istiqlal!

ELÇİBƏYİN ZƏHƏRLƏNMƏSİ İŞİNDƏ İSTİNTAQA KİMLƏR NƏ DEYİB?

1694 13.11.2012 09:48 Ölkə A A
Sayt yazır ki, istintaqa Bakı Şəhər Prokurorluğunun müstəntiqi Vaqif Süleymanov rəhbərlik edir. “Vaqif Süleymanov indiyədək bu cür siyasi çalarlı işlərlə məşğul olmamış bir müstəntiqdir. Digər tərəfdən, o, uzun müddət Rusiyada yaşayıb işlədiyi üçün Azərbaycanın siyasi mühitindən o qədər də xəbərdar deyil. Belə olan halda siyasi dairələrin də diqqətdə saxlayacağı səsli-küylü bir cinayət işinin ona tapşırılması qəribə görünür. Bununla belə, əldə etdiyimiz məlumata görə, Vaqif Süleymanov istintaqa çox ciddi yanaşır. Məsələ ilə bağlı ən xırda detalları belə, öyrənməyə çalışır”. Məlumata görə, müstəntiq Əbülfəz Elçibəyin ölümündən cəmi bir il sonra Vüsalə Mahirqızının rəhbərlik etdiyi “Xalq Cəbhəsi” qəzetində dərc edilmiş araşdırma yazının müəllifi Qızılgül Abdinova istintaqa çağırılaraq bir neçə saat dindirilib və o, əlavə məlumatının olmadığını deyib. “Bundan sonra istintaqa Əbülfəz Elçibəyin yaxın dostu Adil Minbaşı ifadə verib. A.Minbaşı Əbülfəz Elçibəyin zəhərlənməsindən şübhələrinin olduğu barədə fikirlərini istintaqa da bildirib. Daha sonra Əbülfəz bəyin köməkçisi Əli Mürsəloğlundan ifadə alınıb. Ə. Mürsəloğlu birmənalı şəkildə zəhərlənmə versiyasını rədd edib.
İstintaqa daha bir jurnalist - “Gündəlik Bakı” qəzetinin redaktoru Əli Həziquliyev də çağırılıb. Ə.Həziquliyev Əbülfəz Elçibəyin zəhərləndiyinə inandığını deyib. Bu versiyaları istintaqa daha qəti şəkildə açıqlayanlardan biri də Elman Türkoğlu olub. Bundan sonra istintaqa ifadə verənlərdən Almurad Əliyev zəhərlənmə versiyanı qətiyyətlə rədd etsə də, onun da Əbülfəz bəyin də yaxın qohumu olan Mərdan Əliyev zəhərlənmə ehtimalına inandığını deyib".
Saytın məlumatına görə, bu arada Hafiz Hacıyev də istintaqa kömək məqsədilə Türkiyəyə səfər edərək, orada əvvəlcə qeyri-rəsmi surətdə Elçibəyin zəhərlənmə ehtimalını araşdırıb. Türkiyədə bu təşəbbüsə isti yanaşılmayıb və Hafiz Haçıyev demək olar ki, oradan əliboş qayıdıb.
“Son günlərdə isə istintaqa Mirmahmud Mirəlioğlu dəvət olunub. M.Mirəlioğlu da heç bir zəhərlənmədən söhbət gedə bilməyəcəyini deyib. Maraqlı olan daha bir məqam isə odur ki, ifadə verənlərin dediyinə görə, müstəntiq hər bir detala qədər maraqlanır, suallar verir”. Modern.az-ın iddiasına görə, Əbülfəz Elçibəyin zəhərləndiyi ehtimalının ssenarisi nəzəri cəhətdən istintaqın əlindədir. “Bu ssenaridəki hadisələr bir-biri ilə uzlaşdırılıb, tutuşdurulub, kimin hansı addımı nə vaxt, niyə atdığı qeyd olunmaqla ardıcıllıq əldə olunub. Bu ”ehtimal ssenarisi"ndə aktyorların sayı teleseriallardakılardan belə daha çoxdur. Bu nəzəriyyəni isbat üçün isə hazırda istintaqın bircə yolu var: Əbülfəz Elçibəyin qəbrinin eksqumasiya olunması. Eksqumasiya olacaqmı, olmayacaqmı?"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR