İnsanlara hürriyət, millətlərə istiqlal!

ELÇİBƏYİN AİLƏSİNƏ NƏ MÜHAFİZƏ AYRILIB, NƏ DƏ XİDMƏTİ MAŞIN

3028 11.07.2012 09:33 Ölkə A A

Axırıncı dəfə ötən ilin yayında oğlunun dəfninə gələn Ayaz Mütəllibov birdəfəlik Azərbaycana gələndən sonra onun evindən ilk reportajı da “Yeni Müsavat”ın əməkdaşları hazırladı. Düzdür, hörmətli Ayaz müəllim qəzetimizə açıqlama verməsə də, əməkdaşlarımız onun yaşadığı ünvanda olub, qonşuları ilə söhbət edə bilmişdilər.

Qanunun şamil olunduğu digər şəxs milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəydir. İyulun 10-da onun Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evinə baş çəkib, eks-prezidentin ailə üzvləri ilə görüşməyə cəhd etdik. Düzdür, mərhum prezidentin evini xeyli axtarışdan sonra tapa bildik. Amma qarşılaşdığımız ən böyük çətinlik mərhum prezidentin oğlu Ərturqut Əliyevi tapmaq idi. Vaxtı olmadığından bizə geniş açıqlama verə bilməyəcəyini söyləyən Ərturqut bəydən “Eks-prezidentlər haqqında” Qanun qəbul olunduqdan sonra həyatlarında nələrin dəyişdiyini soruşduq. O bildirdi ki, qanun qəbul olunandan sonra orada sadalanan 3 nəfər təhlükəsizlik heyəti, bir sürücü, bir xidməti avtomobil və aylıq məvacibi hələ ala bilməyiblər: “Həyatımız dəyişməyib. Təhlükəsizlik xidməti, maşın və aylıq məvaciblə təmin olunmamışıq. Gözləyirik”.

Ərturqut Əliyev bildirdi ki, mərhum prezident Əbülfəz Elçibəy 1998-ci ildən ömrünün son günlərinə kimi bu evdə yaşayıb. Eks-prezidentin Ənvər Əlixanov küçəsində yaşayan qonşuları isə bizə Elçibəyin sadə və səmimi insan olmağından danışaraq onunla bağlı xatirələrini bölüşdülər: “Sadə insan idi. Həm də səmimi. Küçəyə çıxan kimi tez bir siqaret yandırardı. Evin qarşısındakı tut ağacının altında oturmağı çox sevərdi. Səs-küy olan kimi tez evə girərdi. Bizimlə münasibəti çox gözəl olub”.

Küçənin sonuna kimi məni müşahidə edən Ə.Elçibəyin qonşularından Tarıyel Məmmədov onunla bağlı xatirələrini bizimlə bölüşür. O, Elçibəyin bu evdə iki il yaşadığını, lakin qonşuları ilə sıx əlaqədə olduğunu, onlara hər zaman kömək etdiyini dedi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR