Aktyor Elcan Rəsulov tərəf-müqabili, aparıcı-aktrisa Kəmalə Piriyeva ilə bağlı sosial şəbəkədə maraqlı paylaşım edib.
Musavat.com bildirir ki, Elcan Rəsulov Kəmalə Piriyeva ilə birlikdə bəy-gəlin paltarında olan şəklini paylaşaraq, qeyd edib:
“Bəli, budur. Gözlənilən gün gəlib çatdı. Neçə vaxtdır götür-qoy edirəm ki, bunu sizə necə deyim. Amma düşündüm ki, bunu nə vaxta qədər gizlədə bilərəm. Daha gizlətməyin adı yoxdur. Onsuz da gec, ya tez, üstü açılacaq. Etiraf edirəm, bəli, bu gün daima efirdə mənimlə tərəf-müqabili olan Kəmalə Piriyevanın doğum günüdür. Mən də hamı kimi onu təbrik edirəm”.
Aktyorun bu cür paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb. Bəzi izləyicilər “Elə siz ikiniz evlənin” deyə şərhlər yazıblar.
Xatırladaq ki, aktyor Elcan Rəsulov və aparıcı-aktrisa Kəmalə Piriyeva “1 kişi, 1 qadın” serialında tərəf müqabilidirlər.
Xalidə, Musavat.com






