İnsanlara hürriyət, millətlərə istiqlal!

Əl üçün keyfiyyətsiz dezinfeksiyaedici gel istehsal etmək fransız şirkət sahibinə baha başa gəldi

425 31.03.2021 23:53 Dünya A A

Fransanın Le Puy-en-Vele şəhər məhkəməsi koronavirus əleyhinə dezinfeksiyaedici gel istehsalı ilə məşğul olan şirkətinin sahibini altı aylıq həbsə məhkum edib.

“Le Parisien” nəşri xəbər verir ki, “Vecteur Energy” şirkətinin əlləri dezinfeksiya etmək üçün istehsal etdiyi gel müəyyən edilmiş sanitariya standartlarına cavab verməyib.

Aparılan ekspertiza nəticəsində məlum olub ki, dezinfeksiyaedici maddənin tərkibində kifayət qədər etil spirti qatılmayıb və bu da virusları məhv etmək qabiliyyətini əhəmiyyətli dərəcədə azaldıb.

Şirkətin sahibi altı aylıq həbs cəzasından əlavə 12,5 min avro cərimələnib (24 872 manat) və iş adamının gələcəkdə hər hansı bir şirkətin sahibi olması qadağan edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR