İspaniyada fəaliyyət göstərən ETA qruplaşması qurbanlarından üzr istəyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə El Pais qəzeti məlumat yayıb.
“Belə hadisələr bir daha təkrar olmamalıdır. Biz bu illər ərzində ETA-nın fəaliyyəti nəticəsində həlak olan, yaralanan və zərər çəkənlərə görə məyusluq hissi keçiririk”, - deyə qruplaşmanın bəyanatında bildirilir.
Qeyd edək ki, İspaniyanın şimalında və Fransanın cənub qərbindəki ərazilər də daxil olmaqla basklar ərazisinin müstəqilliyi uğrunda mübarizə aparan ETA (“Basklar ölkəsi və azadlıq”) qruplaşması 1959-cu ildə yaradılıb. Qruplaşmanın təşkil etdiyi hücumlar nəticəsində 820-dən çox insan həyatını itirib. 2011-ci ildə ETA-nın silahlı mübarizəyə son qoymaq barədə qərarına baxmayaraq, İspaniya və Fransanın hüquq mühafizə orqanları onun üzvlərini təqib edir.






