İnsanlara hürriyət, millətlərə istiqlal!

"El"in dar günü: hərəkatdan qopmalar olduğu deyilir

660 26.08.2013 10:17 Siyasət A A
"El" hərəkatı Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimovun təşkilatın fəaliyyəti haqda sensasion açıqlamalar verməsindən və təşkilatın sıralarını tərk etməsindən sonra sanki "El"də daşlar yerindən oynayıb.

Virtualaz.org saytının məlumatına görə, dünən "El" hərəkatı Mingəçevir rayon təşkilatının sədri Kazım Əzizov bəyanat verərək təşkilatdan çıxdıqlarını bildirib. Bu məlumatı sayta K.Əzizov özü verib.
 
Bir müddət əvvəl "El" hərəkatının Ağdaş rayon təşkilatı da bəyanat verərək Eldar Namzazovun rəhbərlik etdiyi qurumu tərk edib. Ağdaş rayon təşkilatının sədri, sabiq deputat Faiq Baxşəliyev bu məlumatı təsdiqləyib.
 
Qeyd edək ki, iki gün əvvəl hərəkatının Şamaxı və Qobustan rayon təşkilatlarının da bəyanat verərək təşkilatdan çıxdıqları qeyd olunur.

Bu informasiyaların nə dərəcədə səhih olduğunu irəliləyən saatlarda dəqiqləşdirməyə çalışacaq, "El" hərəkatının rəhbərliyinin mövqeyini sizə çatdıracağıq.

musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR