Əl-ələ yatan əkizlər
İspaniyanın Bask bölgəsində dünyaya gələn əkizlər bütün dünyanın diqqət mərkəzindədir. Hamiləliyi müddətində heç bir problemlə üzləşməyən ana əkizlərini dünyaya gətirdikdən sonra reanimasiya şöbəsində saxlanılıb. Əkizləri nəzarətdə saxlayan tibb bacıları onları gördüyü zaman şoka düşüb. Çünki əkizlər hər fürsətdə əl-ələ tutaraq bir-birindən güc almağa çalışırlar. Danel və Maria adlı əkizlər hər dəfə bir-birlərini gördükləri zaman gülürlər və barmaqlarını bir-birinə keçirərək yatırlar. Bacıların bir-birlərinə qarşı olan münasibətləri həkimləri təəccübləndirir. Çünki uşaqlar yalnız 4 aylıq olduqdan sonra bir-birlərinin əllərindən tuta bilirlər.






