İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əl Cəzirə” Azərbaycanla bağlı filmlərin nümayişini davam etdirir – Videolar, Fotolar

1228 20.12.2019 17:52 Proje A A

“Əl Cəzirə” Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Müsafir” proqramında yayımı davam edir. 

Musavat.com bildirir ki, bu barədə BAMF-ın prezidenti Umud Mirzəyev keçirilən bugünki mətbuat konfransında bildirib. 

O, qeyd edib ki, filmlər, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz  təbiəti, insanların qədim ənənələri, yaşam tərzini, turizm potensialını çox milyonluq ərəb dünyasına çatdırmaq məqsədi daşıyır: “Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın əksər regionlarını əhatə edir. 20 iyun-12 iyul tarixlərində  Azərbaycanda səfərdə olan Əl Cəzirə “Müsafir” proqramının peşəkar çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər 26 noyabr tarixindən başlayaraq hər şənbə günündən ardıcıl olaraq Əl Cəzirə “Müsafir” proqramı vasitəsi ilə hər gün göstərilməklə bütün beş həftə boyu nümayiş etdirilir”.

Umud Mirzəyev qeyd edib ki, artıq filmlərin 4 bölümü yayımlanıb və sosial şəbəkələrdə paylaşılaraq ciddi marağa səbəb olub. O, həmçinin bildirib ki, Filmin Naxçıvanla bağlı növbəti bölümü 21 dekabrda, Bakı vaxtı ilə saat 20:30 da nümayiş olunacaq.

Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib: “Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malaziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparın Əl Cəzirə “Müsafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm bəlkə də yanılmaram. Əl Cəzirə “Müsafir” proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüsser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir. 

BAMF, Əl Cəzirə Media Şəbəkəsi ilə birgə müxtəlif layihələrin müəllifidir. “Bu layihənin meydana gəlməsində Əl Cəzirə Media Şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Suag, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim”.

BAMF rəhbəri Azərbaycan gözəlliklərini ərəb dünyasına öz dili vasitəsilə çatdıran aparıcı Hazim Abuvaftanın ifadələrini belə şərh edib:  “Abdülvaftanın filmdə Azərbaycanı təqdim edərkən “Aman Allah! Bu ölkənin gözəlliyi “Min bir gecə” nağıllarını xatırladır, Şəhrizadın da, Şəhriyarın da əslən  bu yerlərdən olması məni təəccübləndirmir” - ifadələrindən istifadə edərək tamaşaçıları belə bir mötəşəm üslubla salamlaması bir-birindən gözəl bu 4 filmə daha da rəng qatır”.

Xalidə Gəray,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR