İnsanlara hürriyət, millətlərə istiqlal!

“El Çapo” Amerikaya yüz tonlarla narkotik maddə keçirib -Narkokralı ömürlük həbs gözləyir

1428 02.02.2019 21:21 Son xəbər A A

"El Çapo" ləqəbli Xoakin Quzman "əla ata, dost, qardaş, oğul və ortaqıdır". Cinayətkarın gənc həyat yoldaşı Nyu-Yorkda başa çatan məhkəmədən sonra belə deyib.

29 yaşı olan Emma Koronel cümə axşamı “Instagram” üzərindən yaydığı mesajda bildirib ki, Xoakin haqqında məhkəmədə deyilən yaxşı və pis şeylər ona olan münasibətimi dəyişmədi: “Mən onu uzun illərdir ki, tanıyıram”.

Üç ay davam edən məhkəmə prosesi zamanı 69 yaşlı narko-kralın sahibi olduğu “El Çapo” kimi tanınan narkotik kartelin üzərindən son 25 ildə ABŞ-a yüzlərlə ton narkotik maddənin qaçaqmalçılıq yolu ilə keçirildiyi məlum olub.

Bazar ertəsi günü məhkəmə heyəti çıxaracağı son qərarını müzakirə edəcək. Böyük ehtimalla narkobaron həyatının qalan hissəsini ABŞ həbsxanasında keçirməli olacaq. Qeyd olunur ki, o, Meksika həbsxanalarından iki dəfə qaçıb.

Cümə axşamı olan məhkəmə prosesi zamanı, Quzmanın sağ əli sayılan şəxs bildirib ki, 2014-2015-ci illər arasında həbsdə olan şefini ziyarət edib və onun qaçış planını birgə hazırlayıblar. Bunun üçün 1.5 km. uzunluğunda tunel qazılıb. O, həmçinin etiraf edib ki, rüşvət götürməkdən imtina edən polis məmurlarının ölümünə əmr verib.

Prokurorluq məhkəmə prosesində narkokralın həyat yoldaşı Koronel ilə Quzman arasındakı telefon danışığının lent yazısı səsləndirilib. Qadın telefonu atasına ötürür. Daha sonra Quzman qaynanasına ABŞ-a qanunsuz narkotik daşınmasının detalları haqqında məlumat verir.

"Məhkəmədə mənim adım tez-tez xatırlandı və suallar yarandı", - qara saçlı, uzun boylu, Meksika əsilli amerikalı xanım Koronel bildirib. "Mən yalnız deyə bilərəm ki, utanılası heç bir şey görməmişəm, düzdür, mən mükəmməl deyiləm, amma özümü heç kimi qəsdən zərərə salmayan yaxşı bir insan hesab edirəm", - narkokraldan iki qızı olan xanım deyib.

ABŞ məhkəməsi Quzman ilə həyat yoldaşnın görüşünə icazə vermir. Onların bir-biri ilə telefonla danışması da yasaqdır. Məhkəmə prosesində cütlüyün bir-birinə sarılması da qadağan edilib.

https://gulfnews.com/world/americas/drug-kingpin-el-chapo-is-excellent-husband-father-1.1549093798571

Elbəyi Həsənli, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR