İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekvadordan meyvə idxal edən şirkət Ermənistana 1 tona yaxın kokain gətirib

386 17.05.2023 15:52 Son xəbər A A

Ermənistan Respublikasında fəaliyyət göstərən və meyvə idxalı ilə məşğul olan şirkət Ermənistana bir partiya məhsul gətirib. 1 tona yaxın yükdə kokain (təxminən 250 milyon avro dəyərində) aşkarlanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, narkotiklər meyvələrlə birlikdə tranzit ölkələrin - Panama, İtaliya və Gürcüstan ərazisindən keçməklə Ermənistana daxil olub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, kokain Milli Təhlükəsizlik Xidmətinin baş istintaq idarəsi tərəfindən 2023-cü il mayın 13-də başlanmış cinayət işi üzrə ibtidai istintaq zamanı aparılan prosessual hərəkətlər çərçivəsində aşkar edilib.

Qeyd edək ki, bundan öncə İtaliyanın maliyyə qvardiyasının Ekvadordan Ermənistana gedən 2734 kiloqramlıq kokain partiyasını saxlaması xəbəri yayılmışdı.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR