EKSTRASENSİN SÖYLƏDİYİ DƏHŞƏT
O vaxtlar Rusiyada çıxan “Orakul” tipli qəzetlərdən qismən də olsa xəbərim var idi. Söhbət Etibar müəllimin çapı dayandırılmış “Amin” qəzetindən gedirdi. Mən ilk növbədə qəzetin adının dəyişdirilməsini təklif elədim. Fikrimi də qəzetin adının dini qəzetləri xatırlatması ilə izah elədim. Etibar müəllim dediyimlə razılaşsa da artıq onun qəzetinin bu adla tanındığını dedi və addəyişməni yaxın gələcəyə saxlamağı məsləhət bildi. Danışıb barışdıq.
O zaman Etibar müəllimin Moskvaya qısamüddətli səfəri vardı. Dedi ki, Moskvadan dönən kimi qəzetin çapına başlayacağıq. Nədənsə o, sonralar məni heç axtarıb-aramadı. Deyəsən, kimsə ona verdiyi sözün arxasından qaçmışdı, qəzetin maliyyə problemi həll olunmamışdı. Hər halda mən belə başa düşmüşdüm.
Bu işlərin hamısı öz yerində, həmin gecə oradan-buradan çox danışdıq. Onu da deyim ki, mən heç vaxt öncəgörmələrə inanan olmamışam. Lakin ekstrasens görən adam istər-istəməz ona gələcək haqda bir sual verməkdən özünü saxlaya bilmir. Mən də maraq üçün Azərbaycanın gələcəyi haqda danışmağı ondan xahiş elədim. O, bu gün bizə məlum olan on iki aylı ulduz falından fərqli olan, gələcəkdən xəbər vermək üçün qurulmuş ayrı bir ulduz falından danışdı. Stolun üstünə sərdiyi iri kağızda karandaşla nələrisə çəkə-çəkə “balığ”ın quyruğunun nə vaxt “su”ya düşəcəyi, “əjdaha”nın nə vaxt “quru”dan çəkiləcəyi haqda indi xatırlaya bilmədiyim izahatlar verdi və başımın tükünü ayağa qaldıran bir fal söylədi.
Hazırsınızsa, onun dediklərini sizə də deyim. Dedi ki, Azərbaycanın yerləşdiyi bu ərazidə beş yüz min (500000) il xoşbəxtlik gözlənilmir! Onun bu sözləri müvəqqəti də olsa qəlbimdə vahiməli bir ümidsizlik yaratdı. Və nədənsə qəhqəhə ilə bir xeyli güldüm... Allah Etibar Erkinə və onu o dünyaya tənha buraxmayan gül balalarına rəhmət eləsin!
Etibar bəyin bu 500 min il söhbətini üstündən zaman keçdikcə unutmuşdum. Özünün və oğlanlarının qətl xəbərini eşidəndə bir vaxt dediyi bu sözlər beynimdə ildırım kimi çaxdı. Bu - bir...
2005-ci ilin parlament seçkiləri ərəfəsində hakimiyyətin dəyişəcəyinə çox ümidli idik. Gürcüstanda, Ukraynada, Qırğızıstanda ayağa qalxan rəngli inqilablar qalib gəldi. Hamısında xalqın dediyi oldu. Növbəti yumşaq inqilab Azərbaycanda olmalı idi. Buradan sonra dalğa Belarusa, Özbəkistana... keçməli idi. Hər yerdə mümkün olan şey Azərbaycanda daşa dirəndi, tilsimə düşdü, çürüdü, iyləndi, qurd düşdü, məhv oldu...
Həmin ilin 26 noyabr günü “Qələbə”nin qarşısında polislər vəhşicəsinə mitinqi dağıdanda, insanlar bir-birinin üstünə qalaqlanmışdı. Qarşımda yıxılan adamın əlindəki bayrağın qırılmış sapı az qaldı ox kimi qarnımı deşə. Kepkamı itirmişdim, ayaqqabılarımı bir neçə dəfə itirib tapmışdım. İzdiham arxadan basırdı, qarşıdakılar isə hələ qaçıb dağılışa bilmirdi. Yanımdakı tanımadığım adamın köməyi ilə nizə kimi qarnıma dirənmiş ağacdan xilas oldum.
Yox, dostlar, mən həmin gün Əli Kərimlinin “hamı meydanda otursun, özüm də sizin yanınıza gəlirəm, çadırları quraq!” sözlərində qəbahət axtaranlardan deyiləm. Əksinə, o sözlərin tərəfdarlarından biri də mənəm. Söhbət ondan gedir ki, ağacın iti ucu qarnıma dirənən an yadıma yenə Etibar bəyin o sözləri düşdü. İnsanlar bir-birini basıb keçmək istəyirdi, fəqət, addımlamağa yer yox idi. Hamı uzun bir yol qət etmiş kimi tövşüyürdü. Qulaqlarımda anlaşılmaz uğultu vardı, gözlərimin qarşısında isə Etibar bəy əlində həmin qələm, stolun üstündəki iri kağıza nəsə çəkib danışırdı. Həmin Etibar Erkin idi, yumşaq səsli, saqqallı, uzun plaşlı, şlyapalı, qolunda da tutalğacı əyri çətir...
İnsanın bağrını çatladan o dəhşətli sözləri bir də nə vaxt xatırladım, bilirsinizmi? Sonuncu dəfə Azərbaycanda referendum keçiriləndə. O sirli insanın dediklərini yəqin hələ çox xatırlayacağıq...