İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekstradisiya xərclərini məhbus özü çəkəcək - qanuna dəyişiklik edildi

1128 30.10.2018 16:30 Son xəbər A A

Milli Məclisin hazırda davam edən plenar iclasında Azərbaycandan kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi - ekstradisiyası - ilə əlaqədar çəkilən xərcləri həmin şəxsin özünün ödəməsini nəzərdə tutan layihə müzakirə olundu.

Bununla bağlı Cinayət Prosessual Məcəlləsinə dəyişiklik layihəsi deputatlara təqdim edildi. Xatırladaq ki, Məcəllənin 197-ci (Məhkəmə məsrəfləri) maddəsinə yeni 1.9-cu bənd əlavə edilir: “Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği”. Bu bənd məcəllənin 198-ci (Məhkəmə məsrəflərinin tutulması) maddəsinin dispozisiyasına əlavə edilir. Maddədə qeyd olunur ki, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Layihədə bildirilir ki, indiyədək bu xərclər dövlət hesabına həyata keçirilib.

Deputat Qüdrət Həsənquliyev dəyişikliklərlə bağlı çıxış edərkən bildirdi ki, xərclərin məhbus tərəfindən ödənilməsi düzgün yanaşma deyil: “O halda gərək digər xərclər də məhkumların hesabına ödənilsin”.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR