İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspertlər: "Bəşəriyyət xəstəliklərin yayılması üçün ideal mühit yaradıb və bu, sonuncu pandemiya olmayacaq"

888 07.06.2020 15:27 Dünya A A

“Biz xəstəliklərin vəhşi təbiətdən insanlara keçməsi və olduqca tez bir zamanda yayılması üçün əla mühit yaratmışıq”.

Musavat.com “BBC News”-a istinadən xəbər verir ki, bu fikir Liverpul universitetinin sağlamlıq üzrə ekspertləri tərəfindən səsləndirilib.

Alimlər bunun üçün vəhşi təbiətdən gələn xəstəliklərin bəşəriyyət üçün yaradacağı təhlükələri proqnozlaşdırmağa imkan verən yeni sistem hazırlayıblar.

“Son 20 ildə biz artıq 6 təhdidlə üzləşmişik. Bunlar “SARS”, “MERS”, “Ebola”, “quş qripi” və “donuz qripi”dir. Biz 5 güllədən yayınsaq da, 6-cı artıq hədəfə dəyib”, -deyə, professor Metyu Beylis telekanala danışıb.

Onun sözlərinə görə, bu, bəşəriyyətin üzləşəcəyi sonuncu pandemiya olmayacaq. Buna görə də, elm adamları təbiətdəki xəstəlikləri daha çox öyrənməlidirlər.

M.Beylis və onun həmkarlarının hazırladığı sistem elmə məlum olan minlərlə bakteriya, parazit və virusları araşdıraraq onların yoluxdurduğu növlərdə gizlənən əsas xassələri müəyyənləşdirməyə imkan verir.

Əgər bunların içində hər hansı bir patogen önə çıxarsa, araşdırmaçılar məhz həmin virusun yayılmasının qaşrısının alınması üçün profilaktik və müalicə tədbirlərinin görülməsi yolunda tədqiqatlarını sürətləndirəcəklər.

“Bu, bütövlükdə hansı xəstəliklərin pandemiyanı doğrucağını aydınlaşdırmaq istiqamətində növbəti addım olacaq. Bu istiqamətdə biz önəmli irəliləyişlər əldə etmişik”, - deyə, professor M.Beylis söyləyib.

Ekspert bundan sonra meşələrin qırılması, vəhşi heyvanların məskənlərində qəsd edilməsinin insanlıq üçün təhlükəli nəticələr doğuracağını bir daha təkrarlayıb.

London Universitet kollecinin professoru Keyt Cons insanlıq tərəfindən dəyişdirilən ekosistemlərin zərərlərinə diqqət çəkib. Onun bildirdiyinə əsasən, kənd təsərrüfatı və plantasiya landşaftları indi bir çox infeksiyalar üçün əsl risk mənbəyinə çevrilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR