İnsanlara hürriyət, millətlərə istiqlal!

EKS-SPİKERİN ÖLÜMÜNDƏN “AZƏRBAYCAN” QƏZETİ “QAZANDI”

2778 09.08.2012 09:27 Media A A
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov daha öncə qəzetimizə açıqlamasında demişdi ki, insan kiməsə kədər üz verəndə onun yanında olmaq istəyir. Meqapolislərdə buna bəzən imkan olmur və insanlar bu zaman hüzrə görə üzüntüsünü, eləcə də bu barədə xəbərini başqaları ilə bölüşmək istəyir: “Adətən qəzet oxuyan adam gündə 1-2 qəzet alır. Onlar da çalışırlar ki, bir qəzet alanda həm informasiya oxusunlar, həm də bu tip hadisələrdən xəbər tutsunlar. 1990-cı illərin əvvəllərində həm iqtidar qəzetlərinin bəziləri, eləcə də müxalifət qəzetləri başsağlığı vermirdilər. O zaman biz bu bazarı götürdük”.
B.Sadıqov başsağlığı məzmunları barədə də ilginc bir detalı açıqlamışdı. “Ölən barədə 5 kəlmə artıq yaz, 5 manat artıq verim” kimi təkliflər də qəzet rəhbərliyi tərəfindən qəbul olunmur: “Biz bütün başsağlıqlarını eyni ölçüdə, eyni şriftdə veririk. Bu bazar ki, bizdədir, reklamdan götürdüyümüz gəlirin 60-70 faizi başsağlığının payına düşür. Yəni əsas gəlirimiz başsağlığındadır. Qiymətini babat qaldırmışıq. O insanlar ki, biri digərinə başsağlığı verir, onlar imkanlı adamlardır. İmkansız adam getsin yas yerinə, başsağlığını şifahi versin. Elə olub ki, ucuz yerə başsağlığı verənlər sonra yenidən bizə qayıdıblar. Deyiblər ki, iş yerindən başsağlığının ”Azərbaycan"da çap olunması daha məsləhət görülüb".
“Azərbaycan” qəzetində başsağlığının start məbləği 25 manatdır. Pulu ödəyənlərə qəbz də verilir: “Bu ilin əvvəlinə qədər başsağlığı 20 manat idi, indi 25 manat olub. Düzdür, hamı istəyir ki, başsağlığı səhifənin başında getsin, altda olmasın. Amma biz başsağlığı Milli Məclisdən gələndə çalışırıq ki, onu yuxarıdan verək. Adəti üzrə isə bu müraciətləri bir-bir qəbul edib yığırıq. Səhifənin dizaynı zamanı isə kimin başsağlığı hara düşdüsə, orada verilir”.
Bu arada maraqlı bir detalı da yada salaq. Başsağlığını verən şəxslərin sayından asılı olaraq məbləğ də dəyişir. Belə ki, müəyyən həddə qədər başsağlığının məbləği 25 manatdır. 15 nəfərdən çox adam başsağlığı veribsə, bunun məbləği 40 manatdır. Yəni əgər başsağlığı 8 nəfərin adından verilirsə, 25 manatdır. 9-cu adama keçəndə 30 manat olur. Bu da əmrləşdirilib.
Amma eyni başsağlığı siyasəti müstəqil qəzetlər üçün keçərli deyik. Çünki başda “Yeni Müsavat” və “Azadlıq” qəzetləri olmaqla, müstəqil mediaya başsağlığı elanı üçün müraciət edənlər əsasən partiya üzvləri, qəzetə yaxın insanlar olur. Onlardan da maddi vəsait tələb edilmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR