İnsanlara hürriyət, millətlərə istiqlal!

Eks prezidentin "oğlu" Obamanın evini qarət etmək istədi (FOTO)

3292 09.01.2016 11:49 Son xəbər A A
Vaşinqtonda Barak Obamanın itini oğurlamaq istəyən şəxsi həbs ediblər. 

ANS PRESS-in məlumatına görə, 49 yaşlı Skot Stokert ABŞ prezidenti Barak Obamanın Portuqaliya cinsindən olan Bo adlı iti ilə maraqlanıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları Stokertin planından xəbərdar olublar. Skot “Hampton Inn” otelinə daxil olan zaman tutulub. 

O, amerikalı polis əməkdaşlarına bildirib ki, İsa peyğəmbərdir. Valideynləri isə aktrisa Merilin Monro və ABŞ-ın 35-ci prezidenti Con Kennedidir. O hətta prezidentliyə namizəd olmaq istədiyini də bəyan edib. 


Bo və Barak Obamanın qızı 

Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Skot Stokertin maşınından tüfəng, 350-yə yaxın güllə, polis dəyənəyi və maçeta aşkar ediblər. 


ABŞ prezidenti Barak Obamanın ailəsi və Bo 

Bo adlı it Ağ evdə 2009-ci ildən yaşamağa başlayıb. İt “Bo, amerikalı baş komandan cilovda” kitabının qəhrəmanı da olub. 2013-cü ildə ailə Bo kimi eyni cinsdə olan daha bir iti saxlamağa başlayıb. Heyvanın adını Sanni qoyublar. 


Mişel Obama, Bo və Sanni

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR