İnsanlara hürriyət, millətlərə istiqlal!

Eks-NİDA üzvü dostlarına ağır cəza verən hakimin katibi oldu 

6666 18.02.2017 10:30 Ölkə A A

İctimai sektora Əli İbadov “zərbəsi” - bir həftədə ikinci fakt


İctimai sektor üzvlərini sarsıdan daha bir xəbər dünən yayılıb. Əli Transmilli adı ilə tanınan Əli İbadov adlı gəncin 10 gündür Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmədə hakim Cavid Hüseynovun katibi işləməyə başlaması məlum olub. C.Hüseynov zamanında NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsində hakimlik edib və onların hər birinə ağır cəzalar verib.


Bu barədə xəbəri NİDA üzvü Ülvi Həsənli sosial şəbəkədəki statusunda yayıb. O, aşağıdakıları yazıb: “Bir neçə ay əvvəl bizə həqiqət sırıyan adamlar indi buna cavab versinlər. İlkin hələ həbsdən çıxmayıb, bu "əsl müxalifətçi", “səmimi mübarizə aparan div”, hakim köməkçisi işləyir. Dəhşət! Dindirsən ona da cavab tapacaq. Adama ağıl verənlər çox olur axı. Kənardakılar da deyəcək ki, siz fəaliyyətinizi dayandırmalısız, o sistemi içəridən çökürdəcək, işiniz mənasızdır filan. Söhbət çox uzun çəkdi, amma hər şey öz yerinə oturdu.

Image result for Ülvi Həsənli

Yadınızdadırsa, Əli söhbətini avqustda yenidən dövriyyəyə buraxan, ona haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxan ilk adam Rəşad(bir neçə gün öncə xüsusi xidmət orqanlarına işlədiyini etiraf edən eks-NİDA üzvü Rəşad Həsənovdan söhbət gedir) idi".

transmilli.jpg (375 KB)


Müzakirələr zamanı o da üzə çıxıb ki, ictimai sektorda Ə.İbadovun xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi, onların sifarişlərini yerinə yetirməsi, sektora da məhz bu səbəbdən atılması barədə çoxunun məlumatı olub. Bundan başqa, onun agent olmasına inanmayanlar da azlıq təşkil etməyib. Sözügedən şəxs xanım jurnalist Xədicə İsmayılova ilə yaxınlığı ilə seçilirdi. Sonuncu ilə bağlı yayılan intim videolardakı tərəf olan Ə.İbadovla ictimai sektordakı bir çox adam əlaqələri məhz həmin videoların yayılmasından sonra dayandırmışdı. Həmin zaman onun X.İsmayıla qarşı bu işin təşkilində rolu və iştirakı olduğuna dair qənaət formalaşmışdı. Amma onda da bununla bağlı sübutlar olmadığı üçün ictimai sektorda onun da zərərçəkən olmasına bir inam var idi və əlaqələr hələ tam qırılmamışdı. Məhz həmin ərəfədə xüsusi xidmət orqanlarına işlədiyini bu günlərdə etiraf edən R.Həsənovun onu müdafiə etməsi, ona haqq qazandırması da məhz bu prosesin nəticəsi olub.


Bütün hallarda ictimai sektorda bir “yarpaq tökümü” prosesi gedir. Ümid edək ki, bu, sonuncudur. Çünki sözügedən cinahda hər dəfə belə faktlar üzə çıxdıqca ictimai mübarizəyə olan inam da ölür.

 Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR