İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğlunun vəzifəyə gətirdiyi müəllim istefa verdi - VİDEO, FOTO

2164 16.11.2019 14:07 Siyasət A A

Əkrəm İmamoğlu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin nəqliyyat departamentinə təyin edilən Taylan Engin istefa verib.

Musavat.com xəbər verir ki, Taylan Engin bu vəzifəyə təyin olunmadan əvvəl Bandırma 17  Eylül universitetində çalışırdı.

Balıkesirdən gələrək vəzifəsini icra etməyə başlayan müəllimin tez bir zamanda istefa verməsi müzakirələrə səbəb olub. Onun istefası İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən təsdiqlənib. Açıqlamada Taylan Enginin bu vəzifə üçün uyğun kadr olmadığı bildirilib.

Taylan Engin özü də vəzifəsinin öhdəsindən gələ bilmədiyini qeyd edib.

Türkiyə mətbuatında Taylan Enginin sözügedən qurumda mübahisə etdiyi üçün istefa verməsi haqqında da məlumatlar yer alıb. Məlumatlara görə, Taylan Enginin baş katibin müavini İbrahim Orhan Demir ilə ard-arda mübahisə etməsi onun istefa verməsinə gətirib çıxarıb.

İstanbul Böyükşəhər Bələdiyyəsi mətbuat katibi Şükrü Küçükşahin isə məsələyə belə aydınlıq gətirib: "Uyğun bir iş sərgiləyə bilmədiklərini demək daha doğru bir ifadə olardı"

Taylan Engin kimdir ?

1977-ci ildə Türkiyənin Balıkesir şəhərində dünyaya gələn Taylan Engin, 1999-cu ildə “Yıldız Teknik” universitetini bitirib. O, İnşaat mühəndisliyi fakültəsi üzrə təhsil alıb. Taylan Engin 2005-ci ildə məzun olduğuğu universitetdə magistr dərəcəsini əldə edib. 2013-cü ildə isə Marmara universitetində iqtisadiyyat bölməsində təhsil alıb. Taylan Engin nəqliyyatın özəl və dövlət sektorlarında dərin təcrübəyə malikdir və yerli idarəetmə orqanlarında fərqli vəzifələr icra edib. Taylan Engin ailəlidir, iki övladı var. O, iyulun 26-da İstanbul Böyükşəhər Bələdiyyəsinin nəqliyyat departamentinin müdiri təyin edilmişdi.

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR