ƏKRƏM ƏYLİSLİNİN TƏBRİKİ
“Müsavat millətimizin ilk siyasi partiyasıdır. Və deməli, siyasi həyatımızın, siyasi mədəniyyətimizin beşiyidir. 100 yaşınacan Müsavat çox çətin sınaqlardan keçib. Ancaq bu siyasi məktəbi qoruyub - yaşadanların nəsli heç vaxt kəsilməyib. Özünün son 20 illik fəaliyyəti boyunca da Müsavat siyasi həyatımızda öz işini ləyaqətlə davam etdirməkdədir. Müsavatın başqanı İsa Qəmbər partiyanın siyasi iradəsini əsil siyasətçi prinsipiallığı ilə nümayiş etdirməyi bacarır, partiyanın, ən çətin şəraitdə də özünü yaşatmağa qadir olduğuna çəmiyyəti inandıra bilir. Müsavatın ana müxalifət partiyası olduğuna hal-hazırda böyüklü-kiçikli hamı inanır. Bu, sizin min bir əzablar bahasına qazandığınız böyük qələbənizdir. Ana müxalifət partiyamıza gələcək fəaliyyətində yeni uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!
Bayramınız mübarək olsun!






