İnsanlara hürriyət, millətlərə istiqlal!

EKOLOGİYA NAZİRLİYİNƏ QARŞI YANĞIN TƏXRUBATI

648 04.12.2010 09:28 Ölkə A A
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın zamanı 2 hektar ərazidə, əsasən xəzəl və kol-kosun yanması müəyyən edilib, köküstə ağaclara ziyan dəyməyib. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının birgə səyi nəticəsində yanğın dünən səhər saatlarında söndürülüb.
Nazirlik bildirir ki, son bir ay ərzində İsmayıllı rayonunun qeyd olunan ərazisinin yaxınlığında bələdiyyə, meşə fondu torpaqlarında, eləcə də Milli Parkın ərazisində bir neçə yanğın hadisəsi baş verib. Onların da səbəbinin təxribat olması güman edilir.
Sözügedən yanğın hadisəsi aktlaşdırılaraq araşdırma aparılması və təqsirkarların müəyyən edilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR