İnsanlara hürriyət, millətlərə istiqlal!

EkoAvrasiya Fondu TAİB-i təltif etdi - Ankarada Hikmet Erenlə görüş - Fotolar

426 09.12.2022 15:49 Region A A

Ankarada səfərdə olan Türk Ağsaqqalları İctimai Birliyi - TAİB nümayəndələri EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Erenlə görüşüblər.

Musavat.com-un xəbərinə görə, Fondun mərkəzi ofisində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan qurumun İdarə Heyətinin sədri Hekmet Eren əvvəlcə "EkoAvrasiya"nın fəaliyyəti, həyata keçirdiyi layihələr, müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti institutları və dövlət qurumları ilə yaradılmış əlaqələr barədə ətraflı məlumat verib. Fond rəhbəri qeyd edib ki, münasibətlər coğrafiyasında Azərbaycan xüsusi yer tutur.

Qardaş ölkənin ictimai təşkilatları ilə birgə gerçəkləşdirilmiş layihələrdən söz açan Hikmet Eren əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Fond rəhbəri bildirib ki, həm Azərbaycan, həm də Türkiyə mediasında TAİB-in fəaliyyəti və reallaşdırdığı tədbirlər barədə məlumatlara tez-tez rast gəlir. "Belə bir sistemli və ardıcıl fəaliyyəti olan təşkilatla əməkdaşlığımız əlaqələrin inkişafına töhfələr verə bilər" deyən Hikmet Eren Azərbaycanın uğurlarından və öz hədəflərinə doğru inamla irəliləməsindən dolayı məmnunluq hissi keçirdiklərini də vurğulayıb.

Hikmet Eren TAİB həmsədri Hulusi Kılıçın Türk xalqları arasında əlaqələrin inkişafı istiqamətində göstərdiyi fəallığa da diqqət yönəldərək onun ümumtürk maraqlarına xidmətinin nümunəvi olduğunu deyib.

TAİB nümayəndələri EkoAvrasiya Fondunun İdarə Heyətinin sədrinə göstərdiyi diqqətə və yüksək ehtiramına görə təşəkkür edərək Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfransda Fondun da yaxından iştirak edəcəyinə ümid etdiklərini bildiriblər. Eyni zamanda o da vurğulanıb ki, TAİB də Türkiyənin ictimai təşkilatları ilə birgə layihələrdə maraqlıdır. "İnanırıq ki, əməkdaşlıq müstəvisində EkoAvrasiya Fondu da xüsusi yer tutacaq" - deyə TAİB rəsmiləri qeyd edib.

Hikmət Eren bildirib ki, TAİB-in təşkilatçılığı ilə keçiriləcək "Heydər Əliyev 100" konfransına Fond öz dəstəyini əsirgəməyəcək.

Mümkün birgə layihələr ətrafında müzakirələrin aparıldığı görüşün sonunda Türk dünyasının mədəni bütünləşməsinə və tarixi qardaşlıq münasibətlərinə verdiyi töhfələrə görə TAİB-ə EkoAvrasiya Fondunun xüsusi təşəkkür plaketi təqdim olunub.

Görüşdə EkoAvrasiya Fondunun İdarə Heyətinin sədr müavini Kemal Kurnaz da iştirak edib.

Musavat.com

WhatsApp Image 2022-12-09 at 15.40.35.jpeg (160 KB)

WhatsApp Image 2022-12-09 at 15.40.34 (3).jpeg (204 KB)

WhatsApp Image 2022-12-09 at 15.40.34 (2).jpeg (161 KB)

WhatsApp Image 2022-12-09 at 15.40.34 (1).jpeg (169 KB)

WhatsApp Image 2022-12-09 at 15.40.34.jpeg (140 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR