İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekmələddin İhsanoğlu: “Mənə səs verən 15,5 milyon məni TBMM-d görmək istəyir”

1315 16.04.2015 20:56 Siyasət A A

Professor Ekmələddin İhsanoğlu Milliyyətçi Hərəkat Partiyasından millət vəkilliyinə namizədi olaraq ilk dəfə media qarşısına çıxıb. 10 avqust seçkisində müxalifətin vahid namizədi olan professor Ekmələddin İhsanoğlu MHP-nin İstanbul 2-ci seçki dairəsindən namizəd göstərilib.

Mətbuat konfransında İhsanoğlunu qəzetçilərə MHP-nin İstanbul bölməsinin başqanı Mehmet Bülent Karataş təqdim edib.

Ekmeleddin İhsanoğlu bildirib ki, 10 avqust seçkisində xalqın böyük bir istəyini görüb, bu səbəbdən parlamentdə təmsilçiliyə qərar verib:“Hansı bölgəyə getdimsə, xalq məndən parlamentdə təmsilçisi olmamı istədi. Mənə səs verən 15,5 milyon insan mənim Türkiyə Böyük Millət Məclisində olmağımı istəyir. Bu yalnız xalqımızın deyil, bir çox siyasi liderlərin də arzusu idi. Tələbləri, təklifləri dəyərləndirərkən düşündüm ki, bundan yayınmaq mənim millət və vətən anlayışıma ziddir. Bu səbəbdən MHP lideri Devlet Bahçelinin partiya sıralarından namizəd olmaq təklifi qəbul etdim. Bu qərarımdam məmnunam və şərəf duyuram”.

Professor İhsanoğlu deyib ki,  Milliyətçi Hərəkat Partiyası Türkiyədəki təhlükəsizlik və sabitliyin təminatçısıdır: “Bu gün Türkiyənin yaşadığı qütbləşmə, ölkənin açıq savaş meydanına çevrilməsi cəhdləri MHP-nin güclənməsini tələb edir. Çünki MHP ölkəmizin təhlükəsizliyi, barış içərisində yenidən demokratiya yaratması üçün əsas təməllərdəndir. Türk milliyətçiliyinin təmsilçisi olan MHP millətin gözündə uca bir yerdədir. Əgər bu gün Türkiyədə açıq savaş yoxdursa, pis niyyətli insanların planları  gerçəkləşməyibsə, burada MHP-nin və Devlet Bahçelinin təsiri çox böyükdür”.

Mətbuat konfransında diqqət çəkən məqam fotokameralar işə düşən zaman Ekmeleddin İhsanoğlunun MHP-nin simvolu olan Bozqurd işarəsi göstərməsi olub.

Aygün Muradxanlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR