İnsanlara hürriyət, millətlərə istiqlal!

EITI: "Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti 4 ay ərzində yaxşılaşmalıdır"

849 26.10.2016 17:38 Son xəbər A A
Növbəti dörd ay ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti yaxşılaşmasa, EITI (Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü) Azərbaycanın təşəbbüsdəki statusunu dayandıra bilər, EITI-ın Siyasət və Region üzrə Direktoru Dyveke Rogan BBC Azərbaycancaya deyib.

Çərşənbə günü Qazaxıstan paytaxtı Astanada keçirilən müzakirələr zamanı EITI Azərbaycanın bu qurumda statusu barədə qərar verib.

Ötən il Azərbaycana bir sıra islahat tədbirləri görmək barədə məsləhət verilib. Azərbaycan bu tədbirlərin çoxunda "əhəmiyyətli irəliləyiş" əldə edib deyə, ölkənin statusu "namizəd" olaraq qalıb.

Lakin EITI deyir ki, növbəti islahedici addımların atılmasını gözləyir.

EITI sədri Fredrik Reinfeldtin sözlərinə görə, 2015-ci ilə nisbətən Azərbaycan qurumun standartlarını həyata keçirməkdə "əhəmiyyətli irəliləyişlər edib".

Digər ssenarilər

"Əgər Azərbaycan bütün lazımi tədbirləri yerinə yetirsəydi, İdarə Heyəti Azərbaycanı tamhüquqlu üzv elan edə bilərdi", - Dyveke Rogan deyir.

Əgər EITI İdarə Heyəti qərar versəydi ki, kifayət qədər irəliləyişlər əldə olunmayıb, 
Azərbaycanın statusu dondudulardı, İdarə Heyəti Azərbaycanın heç irəli getmədiyini desəydi isə Azərbaycan "siyahıdan çıxarıla bilərdi".

EITI dünyada mədən hasilatı ilə məşğul olan şirkətlərin şəffaflığını təmin etmək üçün çalışan qurumdur.

Qurumun standartlarını yerinə yetirmək üçün hər ölkə EITI Standartında göstərilən şəffaflıq tələblərini həyata keçirdiyini göstərən müstəqil qiymətləndirmədən keçməlidir. Bu, "EITI Attestasiyası" adlanır.

Azərbaycan bu attestasiyadan keçməli olan ilk ölkədir.

Oktyabrın ortalarında Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov BBC Azərbaycanın sualını cavablandıraraq demişdi ki, "Azərbaycan böyük irəliləyişlər əldə edib, amma hələ də, müəyyən məsələlər qalır".

Media pleyeri işə salmadan davam etMedia pleyer barədə köməkMedia pleyer səhifə xaricindədir. Qayıtmaq üçün 'enter', davam etmək üçün 'tab' düyməsini basın.

"Qanunvericilikdə dəyişikliklər olmuşdu və bu, qeyri-hökumət təşkilatlarının bu prosesdə iştirakını müəyyən mənada məhdudlaşdırmışdı, çətinliklər yaratmışdı", Şahmar Mövsümov bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR