İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhmədlidə dəhşətli yol-nəqliyyat qəzası - (Foto)

9228 24.02.2014 20:47 Ölkə A A

Hadisənin şahidlərinin musavat.com-a verdiyi məlumata görə, Ukrayna dairəsi tərəfdən yüksək sürətlə H.Aslanov metrostansiyası istiqamətinə hərəkət edən "Jiqulu" qoşa xəttin üstündə dayanmış piyadanı görməyib. Nəticədə piyadanı elə gəldiyi sürətlə də vurub 2-3 metr yuxarı atıb. Zərbənin təsirindən piyada yan tərəfdə gedən maşının təkərinə də dəyib. Xətai rayon Yol Patrul Xidmətindən musavat.com-a deyiblər ki, vurulan piyada elə hadisə yerindəcə ölüb. Onu vuran Məhərrəmov Cəlal Qorxmaz oğluna məxsus  90-LZ-586 dövlət nömrə nişanlı VAZ 2107 markalı maşın da artıq saxlanıb. 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Xidmətdən musavat.com-a bildirildiyinə görə, hadisə nəticəsində həlak olan piyada 49 yaşlı Qəmbərova Gülnarədir.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR