İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏHMƏDİNEJADI PARLAMENTƏ HESABAT VERMƏYƏ ÇAĞIRDILAR

440 06.01.2012 16:55 Son xəbər A A

APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı deputatları narahat edən bəzi suallara cavab verməlidir.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Hüseyn İbrahimi Naib deyib ki, deputatların bu addımı qanunidir: «Daxili nizamnaməmizə görə, komissiya üzvləri prezidenti parlamentə dəvət edib, onlar üçün qaranlıq qalmış sualları ünvanlaya bilərlər. Ona görə də Mahmud Əhmədinejad müəyyən olunmuş zaman içərisində parlamentə təşrif buyurmalıdır».

Qeyd edək ki, İran prezidenti gələn həftənin ikinci gününə qədər parlamentə hesabat verməyə gəlməlidir. Əgər bu reallaşarsa, bu, İran İslam Respublikasının 32 illik tarixində ilk analoji hadisə olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR