İyunun 17-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Yeni Müsavat” Media Qrupunun qonağı olub.
Media qrupunun rəhbəri Rauf Arifoğlu və redaksiya heyəti ilə görüşən, əməkdaşlarla tanış olan Ə.İsmayılov iş prosesini müşahidə edib.
Rauf Arifoğlu ilə medianın durumunu müzakirə edən Ə.İsmayılov medianın inkişafı ilə bağlı nəzərdə tutulan planlardan, çap mediasının gələcəyi ilə bağlı qayğılardan, onlayn mediaya maliyyə dəstəyinin verilməsindən danışıb.
O həmçinin hazırda müzakirəsi aparılan “Media haqqında” qanunla bağlı da məlumat verərək, artıq qanunun ekspertiza mərhələsində olduğunu bildirib.
Hazırda ADA Universitetində keçirilən “Mediada islahatlara doğru” adlı seminar haqqında danışan Ə.İsmayılov mövcud problemlərdən xəbərdar olduğunu, medianın maliyyə məsələləri, “Reklam haqqında” qanunun qəbul olunması və sair nüansların da agentliyin gündəmində olduğunu ifadə etdi.
Nərgiz LİFTİYEVA
Musavat.com






